Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Suriya gecə hücumundan sonra: Dağılan İran bazaları, yerlə yeksan olan kimyəvi silah mərkəzi - FOTOLAR



Bu gün gecə saatlarında ABŞ, Fransa və Britaniyanın birlikdə aviazərbə endirdiyi Suriyanın Dəməşq bölgəsindən fotolar yayılıb. 

Cebhe.info xəbər verir ki, Dəməşqin şərqindəki  Barza Elmi Araşdırma Mərkəzinə raket zərbələri endirilib və fotolar həmin ərazidə bu gün səhər saatlarında çəkilib. 

Hərbi mənbələrin iddiasına görə, Əsədin tapşırığı ilə bu bazada kimyəvi silahlar hazırlanıb. Son günlər Əsəd qoşunlarının istifadə ediyi kimyəvi silahların da məhz bu mərkəzdə hazırlandığı deyilir.

Duma vilayətində mülki şəxslərin tələfatı ilə nəticələnən kimyəvi hücumdan sonra ABŞ, Fransa və Böyük Britaniya Suriyaya hava zərbələri endirib. Bir neçə saatda Suriyaya 100-dək raket atılıb.

Suriyada vurulduğu deyilən hədəflər bunlardır:

Respublika Mühafizə Briqadası- 105- Dəməşq
Havadan müdafiə bazası- Dəməşq
Mezze hərbi aerodrom
Dumayr hava bazası
Elmi Araşdırma Mərkəzi-Dəməşq
42 özəl Qüvvələr-Dəməşq
Daraa yaxınlığındakı Azra bölgəsindəki İran bazası
Yarmouk bazası
Humsdakı drenaj anbarları
Tal-Maridəki İran bazası
Dəməşq hava limanının yanındakı ərazi


 
Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений