Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İrəvanda kütləvi itaətsizlik başladı: Parlament və nazirliklər mühasirədə



Ermənistanın eks-prezidenti Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyaları bu gün də davam edir. 

Cebhe.info-nun məlumatına görə, müxalifət tərəfdarları hazırda İrəvanın küçə və prospektlərini bağlayaraq, parlamentin binasına doğru yürüş edir. 

Xatırladaq ki, bu gün Serj Sarkisyanın Ermənistan palamentində baç nazir seçiləcəyi gözlənilir. Beləliklə də o, parlamentli üsul-idarəetmə sistemində Ermənistanın ilk baş naziri olacaq. Lakin Milli Məclisdəki “Yelk” (Çıxış) fraksiyası və “Vətəndaş Dialoqu” Partiyasının lideri Nikol Paşinyanın rəhbərlik etdiyi  aksiya iştirakçıları Sarkisyanın üçüncü dəfə hakimiyyəti ələ keçirməsinə qarşı çıxır. İrəvandan verilən son xəbərlərə görə, müxalifət  tərəfdarları artıq parlament binasının bütün giriş yollarını bağlayıb. İrəvanın mərkəzində, parlamentin binasının yerləşdiyi Baqramyan prospekti blokadaya alınıb. 

Nikol Paşinyan bütün etirazçılarını parlamentə daxil olmağa, naizirlik və digər dövlət orqanlarının binalarınıı mühasirəyə almağa, işə gələnləri içəri buraxmamağa  çağırıb: “Bu gün bizim başqa işimi olmamalıdır. Küçələri, kəsişmələri  bağlayın, kütləvi tətilə başlayın” 

Bu arada polis Ermənisan Milli Məclisinə gedən küçələrin mühafizəsini  gücləndirib. İrəvan Şəhər Polis İdarəsinin rəis müavini Valeri Osipyan Nikol Paşinyandan aksiyaları dayandırmağı tələb edib. Lakin bu tələbə əməl etməyən  Paşinyan və tərəfdarları nəqliyyatın hərəkət etdiyi  küçələrlə yürüşü davam etdirib. Paşinyan kütləvi  itaətsilik hərəkatının başlandığını bəyan edib. 

Müşfiq Abdulla
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений