Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Əhali təşviə düşüb" - Nəzarət Palatası



Apardığımız təhlillər göstərir ki, bankların heç birində nağd valyuta təlabatını qarşılamamaq halı yoxdur.

Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) baş icraçı direktoru İbrahim Alışov deyib. 

"ƏHALİ TƏŞVİŞƏ DÜŞÜB"

"Nəzarət orqanı olaraq müşahidələrimiz göstərir ki, son bir həftə ərzində əsas ticarət tərəfdaşı ölkələrimizdə (Rusiya və Türkiyə) valyuta məzənnələrinin volatilliyi Azərbaycanda da psixoloji gərginlik yaratmaqda idi. Azərbaycan Mərkəzi Bankı bankları yetərincə nağd valyuta ilə təmin edib. Sadəcə psixoloji amil var. Təhlillər göstərir ki, daha çox alışı əhali qrupu həyata keçirir. Hesablamalarımıza görə, son bir həftə ərzində banklardan adambaşına ortalama 800-1300 dollar alınıb. Bu onu deməyə əsas verir ki, sadəcə qonşu ölkələrdə baş verən hadisələrlə əlaqədar psixoloji amillərdən əhali qrupu bir az təşvişə düşüb", - Palatanın icraçı direktoru bildirib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений