İŞİD-çilərin lideri özünü partlatdı

Rusiyanın Rostov vilayətində İŞİD terror təşkilatının üzvlərinə qarşı əməliyyat keçirilib.
Cebhe.info yerli mətbuata istinadən bildirir ki, İŞİD üzvləri olduğu deyilən 3 nəfər əməliyyat nəticəsində saxlanılıb.
Onların lideri isə özünü partladıb. Polisin ilkin məlumatına görə, şəxs həyatı üçün təhlükə törədəcək dərəcədə xəsarətlər alıb.
Dəstə odlu silahlardan və kustar üsulla hazırlanan partlayıcılardan istifadə etməklə terraktlar planlaşdırırmış.
Xəzər
Cebhe.info