Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Kamran Bağırovdan vəzifədə qalan məmur da var - KİMDİR?



Prezident seçkisindən sonra dövlət məmurlarının istefası məsələsi gündəmə gəlib. Neçə gündür ki, kimlərin hakimiyyətdə qalacağı, kimlərin dəyişdiriləcəyi ilə bağlı müzakirələr aparılır. 

Cebhe.info məmurlar içərisində daha çox “staj”lısının kim olduğu ilə bağlı kiçik araşdırma aparıb.

Məlum olub ki, Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayevin təyinatı 1984-cü ildə verilib. Həmin ildən indiyədək o, adıçəkilən idarəyə rəhbərlik edir. 

Xatırladaq ki, 1984-cü ildə SSRİ-nin tərkibində olan ölkəyə Azərbaycan SSRİ Mərkəzi Komitəsinin sədri Kamran Bağırov rəhbərlik edirdi.

1988-ci ildə bu vəzifəyə Əbdülrəhman Vəzirov gətirildi.

1990-1991-ci illərdə ölkə idarəçiliyi Azərbaycan SSRİ-nin I katibi Ayaz Mütəlibova keçdi.

1991-ci ilin mayında Ayaz Mütəlibov parlamendə, sentyabrında ümumxalq səsverməsində prezident seçildi.

1992 martından prezident səlahiyyətlərini Yaqub Məmmədov, mayından isə İsa Qəmbər icra etdi.

Həmin ilin iyunun 7-də Əbülfəz Elçibəy hakimiyyətə gəldi.

1993-cü ilin oktyabrın 3-də isə Heydər Əliyev pespublikaya rəhbərlik etməyə başladı.

2003-dən bu günə kimi isə İlham Əliyevin hakimiyyət dövrü davam edir.
 
Qeyd edək ki, Ataxan Paşayev 1938-ci ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Culfa rayonunun Xoşkeşin kəndində anadan olub. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyətinə 1962-ci ildə Oktyabr İnqilabı və Sosialist Quruculuğu arxivində böyük elmi işçi kimi başlayıb. 1963-1965-ci illərdə Arxiv İdarəsinin baş metodisti, 1966-1982-ci illərdə Respublika Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru, 1982-1984-cü illərdə Azərbaycan Dövlət Politexnik İnstitutunun baş müəllimi işləyib. 

1981-ci ildə Tarix İnstitutunun İxtisaslaşdırılmış Müdafiə Şurasında dissertasiya müdafiə edərək tarix elmləri namizədi, 2008-ci ildə isə AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun Müdafiə Şurasında "XIX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları və deportasiyalar" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi alıb.

1984-cü ildən həm də "Azərbaycan arxivi" jurnalının baş redaktorudur. 1968-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilıb. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisidir (1981).

Beynəlxalq Arxivlər Şurasının 7-ci (1972, Moskva), 13-cü (1996, Pekin) və 14-cü (2000, Sevilya), 2004 Vyana konqreslərinin nümayəndəsi olub və bu konqreslərdə Beynəlxalq Arxivlər Şurası Baş assambleyasının üzvü seçilib.

2013-cü ildə "Şöhrət" ordeni ilə təltif edilib.

Allah ömür versin!

Xatirə Nəsirova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений