Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycan ordusunda “İsgəndər”ə layiqli rəqib: Moskva və İrəvan narahatdır



Belarusun “Polonez” reaktiv raket sistemini Azərbaycana satması müzakirə mövzusudur. “Polonez” sistemində Çin raketlərindən istifadə edilir və Azərbaycan ordusunda artıq 2018-ci ildən ola bilər.

Cebhe.info xəbər verir ki, Belarus və Rusiya mətbuatı məsələyə diqqət ayıraraq ilk müqavilənin 10 komplektin satışı üzrə bağlanacağını istisna etmir.  Komplektə raketlər, nəqliyyat maşınları, idarəetmə məntəqəsi daxildir. Belarus Müdafiə Nazirliyi artıq sifariş aldıqlarını bildirsə də, sifarişi məhz Azərbaycanın verdiyi açıqlamayıb. 

Rusiya mətbuatının yazdığına görə, rəsmi İrəvan Minsk-Bakı hərbi sahədə əməkdaşlığından narahatlıq keçirir. Hazırda Ermənistanda Rusiyaya məxsus “İsgəndər” var. 

“Polonez” Çinin A-200 tipli raketləri üzərində qurulub. İstehsal isə Belarusda həyata keçirilir. Minsk layihə üzərində işə 2012-ci ildə, Rusiya qonşusuna “İsgəndər” verməkdən imtina etdiyi dövrdə başlayıb. Belarusda belə hesab edirlər ki, “Polonez” “İsgəndər”ə ən layiqli rəqibdir. Rysiya mətbuatı onu da xatırladır ki, Azərbaycan tərəfi rus silahlarının keyfiyyətindən narahatlığını bildirir.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений