Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Karen Karapetyan: "Ölkə daxilində baş verənlər Ermənistanın nüfuzunu aşağı salır"



“Ermənistanda baş verən gərgin ictimai-siyasi proseslərin ağır nəticələri olacaq”.

Cebhe.info erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu bu ölkənin baş nazirinin I müavini Karen Karapetyan deyib.

O, hakimiyyətin etirazçılarla dialoqa hazır olduğunu diqqətə çatdırıb.

“İqtidar dialoq təklif edir. Lakin mitinq tərəfdarları inqilab istəyirlər. Bu məsələnin həlli üçün hansı formada ortaq dil tapacağıqsa bilmirəm. Ciddi düşünməliyik, əks halda bunun ağır fəsadlarını da qəbul etməli olacaq. Ölkə daxilində baş verənlər Ermənistanın nüfuzunu aşağı salır. Lakin etirazçılar bir bəhanə taparaq, inqilab yolunu tuturlar. Heç bir təklif və şərt onlar üçün qəbuledilməzdir”, - deyə karapetyan qeyd edib.

Xatırladaq ki, aprelin 13-dən Ermənistanda başlayan anti-hakimiyyət mitinqləri hələ də davam edir. Kütləri aksiyalara müxalifət lideri, deputat Nikol Paşinyan başçılıq edir.

Mənsur Rəğbətoğlu
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений