Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

REAL-dan baş nazir təyinatına münasibət: "Kompromis baş nazir"



“Novruz Məmmədovun baş Nazir təyin edilməsi maraqlı və gözlənilməz addım oldu. Əslində onu “kompromis Baş Nazir” kimi qəbul etmək olar”.

Cebhe.info xəbər verir ki, bunu REAL məclisinin üzvü, iqtisadçı-ekspert Natiq Cəfərli deyib. İqtisadçı qeyd edib ki, artıq heç kəsə sirr deyil ki, hakimiyyət daxilində “siyasi elitaların” ciddi rəqabəti var:

“Əgər 2 böyük “elitanın” olduğunu qəbul etsək, Novruz müəllimin namizədliyi hər iki tərəfi qane edəcək kompromis addımdır. Əgər hər hamsı bir qrupu təmsil edən biri seçilsəydi, bu “elitalararası” gərginliyi artıra bilərdi. Bu seçim isə gərginliyin iradə edilməsinə xidmət edir. Novruz müəllim həm də keçid dövrü üçün nəzərdə tutula bilər, indiki sərt vertikala söykənən hakimiyyətin icra qolunda Nazirlər Kabineti lazımsız bir qurum kimi görünür, çünki ölkdə qəribə situasiya yaranıb: Bəzi nazirlərin nüfuzu, proseslərə təsir imkanları, institut olaraq Nazirlər Kabinetindən daha çoxdur. Ola bilər ki, gələcəkdə institut olaraq bu qurum ləğv edilsin, birbaşa prezidentə tape olan sahələr üzrə vitse-prezidentlik institutları yaradılsın, bu da həm səlahiyyətin, həm də məsuliyyətin bölgüsünə səbəb olsun”.

Mənsur Rəğbətoğlu
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений