Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Hökumət əleyhinə aksiyalarda 25 nəfər öldürülüb



Nikaraquda hökumət əleyhinə keçirilən etiraz nümayişlərində 25 nəfər öldürülüb.

Cebhe.info xarici mediaya istinadən xəbər verir ki, aksiyalar hökumətin təqaüdçülərlə bağlı həyata keçirdiyi islahatlardan sonra başlanıb. Prezident Orteqa televiziya ilə xalqa müraciətində ailələrin daha çox terrora, qırğına məruz qalmaması üçün dialoqun zəruri olduğunu bildirib.

Qeyd edək ki, aksiya iştirakçılarının əksəriyyəti tələbələrdir. Prezidentin çıxışı paytaxt Manaqua ilə yanaşı daha 7 iri şəhərdə etiraz aksiyalarını alovlandırıb. Din xadimləri və iş adamları prezidentə müraciət edərək etirazçıların tələblərini nəzərə almağı xahiş edib.

Aydın
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений