Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Yeni nazir Zeynəb Xanlarovanın qohumudur? - AÇIQLAMA 



Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən, Muxtar Bahadur oğlu Babayev ekologiya və təbii sərvətlər naziri təyin edilib. Deyilənə görə, yeni nazir Muxtar Babayev Azərbaycanın məşhur müğənnisi, xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın həyat yoldaşı Səlim Babayevin yaxın qohumudur.

Cebhe.info məlumatı dəqiqləşdirmək üçün Z.Xanlarovanın qardaşı qızı, əməkdar artist Mehriban Xanlarova ilə əlaqə yaradıb.

O, açıqlamasında Zeynəb Xanlarovanın əri tərəfdən Muxtar Babayev adlı qohumunun olmadığını bildirib: “Mənim bibimin həyat yoldaşının soyadı Babayevdir. Onun da oğlanları Ramin və Ramal Babayevlərdir. Muxtar adında qohum tanımıram, yoxdur”. 

Məlumat üçün qeyd edək ki, Muxtar Babayev 1967-ci ildə Bakı şəhərində anadan olub, 51 yaşı var. Əmək fəaliyyətinə 27 yaşından başlayıb və ilk olaraq 1991-ci ildə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində çalışıb. 1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr Nazirliyinin idarəsində rəis müavini, rəis, 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Xarici İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, rəis müavini, 2003-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində rəis müavini, sonradan rəis, 2007-2010-cu illərdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekoloji məsələlər üzrə vitse-prezidenti vəzifələrində çalışıb. 2010-cu ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərikimya” İstehsal Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışır Muxtar Babayev həmçinin 2013-cü ildən “Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının üzvüdür.

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений