Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Təhlükə yaxınlaşır: Azərbaycan kimin yanında yer alacaq?



Vüqar Zifəroğlu:  “Bölgədə gərginliklərin yaşanması Azərbaycan üçün arzuolunmazdır”

Vasif Hüseynov: “Azərbaycan balanslaşdırılmış siyasət yürütməlidir”

ABŞ prezidenti Donald Trampın İranla nüvə razılaşmasından çıxması, iki ölkə arasında vəziyyəti daha da gərginləşdirib. İran parlamentinin iclasında deputatlar ABŞ-ın nüvə razılaşmasından imtina etməsinə etiraz olaraq bu ölkənin bayrağını və razılaşmanın mətnini yandırıblar. İki ölkə arasında gərginliyin bu qədər artması Azərbaycan ictimaiyyətini də ciddi narahat etməyə başlayıb. Ölkəmizin bu məsələdə hansı mövqedə dayanacaq?  Ekspertlər hesab edir ki, Azərbaycan İsrailin təhlükəsizliyi naminə aparacağı siyasətdə İranın Azərbaycana qarşı Ermənistan siyasətinə uyğun siyasət aparmalıdır.  

İran Ermənistanın işğalı davam etdirməsinə daim pərdəarxası dəstək olub və bunu hazırda davam etdirir.  Yaxın Şərqdə yaranan gərginlik İran üzərində fokuslaşaraq Azərbaycan sərhəddinə yaxınlaşır. Bu siyasi-hərbi gərginliklərdə ölkəmiz ABŞ və İsraillə mümkün əlaqələri inkişaf etdirməlidir. 

“Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Azərbaycan istəməz ki, ABŞ və İran arasında hər hansı gərginlik müşahidə olunsun:

“Ölkə olaraq biz hər zaman münasibətlərin diplomatik yolarda, qarşılıqlı razılaşmalar əsasında tənzimlənməsi tərəfdarı olmuşuq və o istiqamətdən də çıxış etmişik. İran-ABŞ münasibətlərinin də əslində danışıqlar və konsensus yolu ilə məcrasına düşməsinə tərəfdar olaraq çıxış etmişik. Çünki ABŞ bizim güclü partnyorumuzdu və İran da həmçinin bizə qonşu ölkədir. Orada 40 milyon Azərbaycan türkü yaşayır. Faktor baxımından İran bizim üçün çox əhəmiyyətli bölgədir. Bundan əlavə hər hansı bir gərginliklərin yaşanması Azərbaycan üçün arzuolunmazdır. Bu mənada münasibətlərin normal olmağını istəyərdik”.

Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin araşdırmaçısı Vasif Hüseynovun fikrincə, Azərbaycan tərəfi həm İranla həm də ABŞ-la iqtisadi sahədə əməkdaşlığı sistemli mexanizm üzərində qurub:

“Bu iki tərəfin Qarabağ məsələsində bizimlə əməkdaşlığına gəlincə isə, İran bizə həmişə bəyan edir ki, Azərbaycanın yanındadır. Həmçinin, İran hətta ermənilərə “iqtisadi layihələrdə iştirak etmək istəyirsinizsə, Azərbaycanla sülhə getməlisiz” mesajını verir. Amma İran tərəfi Qarabağ münaqişəsinin həll olunmasını istəyirsə, Ermənistanla iqtisadi əəlaqələri təkrar gözdən keçirməlidir. ABŞ-ın bu məsələdə tutarlı addımlarını görməsək də bu ölkə ATƏT-in Minsk Qrupunun üç həmsədrlərindən biridir”. 

Politoloq onu da əlavə edib ki, son günlərdə qızışan İran-ABŞ münasibətlərində Azərbaycan Sergey Skripal və qızının zəhərlənməsi məsələsində olduğu kimi balanslaşdırılmış siyasət yürütməlidir. Bundan əlavə Azərbaycan həm də "Qoşulmama hərakatı" na üzvdür.

Alçina Amilqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений