Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Akif Çovdarovdan qəfil zəng: “ÖLÜRƏM...”



Kürdəxanı həbsxanasında tibb məntəqəsində saxlanılan,  “MTN işi”nə görə mühakimə edilən Akif Çovdarovun səhhəti pisləşib. Bu barədə Cebhe.info A.Çovdarovun vəkili Kamandar Nasibov məlumat verib. 

Vəkil bildirib ki, bu gün A.Çovdarov ona təcili zəng edib və səhhətinin pis olduğunu deyib: “Bu gün zəng edib dedi ki, ölürəm. Təcili həkimlər müdaxilə edib, vəziyyətdən birtəhər çıxarıblar. Amma bu, müvəqqəti xarakter daşıyır. Çünki Akif Çovdarov əməliyyat edilməlidir”.

Vəkil qeyd edib ki, bir müddət əvvəl həkim qrupu Akif Çovdarovu müayinə edərək onun əməliyyata ehtiyacı olduğunu müəyyənləşdirib: “Bununla bağlı bizə şifahi rəy bildirildi. Ancaq yazılı rəyi hələ də ala bilməmişik. Həkimlər həmin rəyi Pentensiar Xidmətin Səhiyyə İdarəsinə göndəriblər. Müraciətimizə baxmayaraq rəsmi rəylə tanışlıq hələ mümkün olmayıb”.

Xatırladaq ki, Akif Çovdarov Cinayət Məcəlləsinin bir neçə - qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda, mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə, quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə, hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə, vəzifə saxtakarlığı, bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda maddələri ilə ittiham olunub.
Bütün ittihamları rədd etmiş sabiq MTN-çi 2015-ci ilin dekabrın 14-də həbs edilib. Məhkəmə qərarı ilə 12 il azadlıqdan məhrum olunub.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений