Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Prezidentin qızı qanlı açılışda: 37 ölü, 1500 yaralı



Qüdsdə ABŞ-ın İsraildəki səfirliyinin açılış mərasimi keçirilib.  

Cebhe.info xəbər verir ki, açılışda ABŞ dövlət başçısı Donald Tramp videogörüntü ilə mərasim iştirakçılarını təbrik edib. 
 
D.Tramp səfirliyin Qüdsə köçürülməsi ilə bağlı qərarın şəhərin yeni sərhədlərini müəyyənləşdirmədiyini deyib. Bununla belə qeyd edib ki, Qüdsün İsrailin paytaxtı elan edilməsi Vaşinqtonun ərəb-İsrail münaqişəsində yəhudi hökumətini dəstəklədiyini göstərir.
 
İsrailin baş naziri Benyamin Netanyahu isə düzgün qərara görə Donald Trampa təşəkkür edib.
 
Mərasimə gözlənildiyi kimi Donald Trampın qızı İvanka Tramp və kürəkəni, miliyyətcə yəhudi olan Cared Kuşner də iştirak edib.
 
Açılış mərasimi həm də fələstinlilərlə İsrail polisinin toqquşmalarına səbəb olub. İlkin məlumatlara görə, 37 fələstinli həlak olub, 1500 nəfər yaralanıb.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений