Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları artırdı



Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirərək daha 5 fiziki şəxsin adını siyahıya salıb. Onlar Krım və Sevastopolun seçki komissiyalarının əməkdaşlarıdır.

Virtualaz.org bildirir ki, bu barədə jurnalistlərə Aİ-dəki diplomatik mənbə məlumat verib.

Mənəbə sanksiyaların səbəbi kimi martın 18-də Krımda da Rusiya prezidenti seçkilərinin keçirilməsini göstərib. Bildirib ki, sanksiyalar sabah dərc olunduqdan sonra rəsmən qüvvəyə minəcək.

Bu addımı qeyri-konstruktiv adlandıran Rusiya Mərkəzi Seçki Komissiyası Avropa siyasi isteblişmentini baş verən hüquqi və obyektiv siyasi hadisələri qəbul edə bilməməkdə ittiham edib. Bildirilib ki, Krım əhalisinin səsvermədə iştirakı nəinki ölkə Konstitusiyasına, həmçinin beynəlxalq standartlara cavab verib.

Qeyd edək ki, daha öncə Ukraynanın ərazi bütövlüyünün pozulmasına görə Avropa İttifaqının Rusiyaya yeni sanksiyalar tətbiq edəcəyi bildirilirdi.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений