Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Səməd Seyidov istefa verməlidir” - POLİTOLOQ



“Səməd Seyidov istefa verməlidir”

Cebhe.info verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O, deyib ki, Səməd Seyidov mətbuat konfransında deyib ki, AŞPA-nın ona qarşı sanksiya tətbiq etməsinə baxmayaraq, Azərbaycan AŞPA-da fəaliyyətini davam etdirəcək:

“Halbuki, o Strasburqda son çıxışında demişdi ki, bu qurum ona lazım deyil, mən də elə həmin gün status paylaşdım ki, sizə lazım olmaya bilər, ancaq bu qurumda üzvlük Azərbaycana lazımdır, çünki meydanı Ermənistana boş buraxa bilmərik. Ona görə də Səməd Seyidovun “Azərbaycan AŞPA-nın strukturları ilə əməkdaşlığı davam etdirəcək” sözlərini təqdir edirəm. O Strasburqdakı açıqlamasını korrektə etdi. Görünür, hakimiyyətin yuxarı pilləsində onu başa salıblar ki, Sən Azərbaycan deyilsən, dövlətin adından danışma”.

Politoloq hesab edir ki, Səməd Seyidov bir başqa addım atmalıdır: “Yuxarıların qərarını gözləmədən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri vəzifəsindən istefa verməlidir. Əslində bunu elə bugünkü mətbuat konfransında elan etsəydi yaxşı olardı. Azərbaycan AŞPA-da Ermənistanla döyüşür, sanksiya altında olan Səməd Seyidov bu mübarizədə bizə zərər verə bilər”.

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений