Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Dünya üçün SOS siqnalı verildi: Köhnə soyuducuları məhv edin



ABŞ Okean və Atmosfer Araşdırmaları Milli İdarəsinin mütəxəssisləri həyəcan təbili çalıb.

Cebhe.info xəbər verir ki, mütəxəssislər dünyada hansısa ölkənin Monreal protokolunu pozaraq atmosferə qadağan edilən maddə buraxdığını iddia edib. Mütəxəssis araşdırması göstərib ki, söhbət CFC-11-dən gedir. Bu maddə 1930-cu illərdən köhnə soyuducularda istifadə edilib.

Daha sonra mütəxəssislər bu maddənin ozon qatına mənfi təsirini müəyyən edib və 1987-ci ildə Monreal protokolu imzalanıb.

Havay adalarından götürülən hava nümunələri göstərib ki, hazırda 2012-ci illə müqayisədə CFC-11 50 faiz azalıb. 

Bununla belə mütəxəssislər bildirir ki, indi də ozon qatı üçün təhlükə qalmaqdadır. Buna səbəb isə köhnə soyuducuların hələ də tam olaraq utilizasiya edilməməsidir. "Biz bilmirik ki, onlar bunu niyə, hansı səbəblə edirlər",-deyə tədqiqat işinin müəlliflərindən olan Stiven Montsk bildirib. Hələlik hansı ölkənin qaydanı pozduğu tam məlum olmasa da, Şərqi Asiya regionu göstərilir. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений