Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Yeni nazirin təklifinə FƏRQLİ BAXIŞ



Xəbər verildiyi kimi beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsinə dair qanunvericiliyə müvafiq dəyişiklik təklif olunur. Dəyişiklik Təhsil Nazirliyi tərəfindən hökumətlə razılaşdırılıb, təkliflər paketi Milli Məclisə təqdim olunacaq.

Cebhe.info xəbər verir ki, təhsil məsələləri üzrə ekspert Nadir İsrafilov bu addımı yüksək dəyərləndirib.

O, deyib ki, bu addım nəinki təqdir edilməli, hətta alqışlanmalıdır: “Hesab edirəm ki, belə bir addımın reallaşdırılması təkcə şagirdləri, valideynləri deyil, bütövlükdə bütün təhsil ictimaiyyətini sevindirəcək, məktəbli yeniyetmə və gənclərin elmə, təhsilə marağını, daha da yüksəldəcək, orta ümumtəhsil məktəblərinin ali məktəblərə qəbul üzrə ümumi payda xüsusi çəkisini artıracaq, məktəbə və müəllimə olan inam və etimadı yüksəldəcək, olimiadalara marağı daha da stimullaşdıracaq, ən başlıcası isə ali məktəblərə qəbul olunanların say artımına da təsirsiz ötüşməyəcək. 

Bu kimi stimullaşdırıcı tədbirlərə sovet dönəmində də geniş yer verilirdi. Məktəbi qızıl medalla bitirənlər digər imtahanlardan azad olunaraq, yalnız bir imtahan verməklə ali məktəbə qəbul olunurdular. Bu isə orta məktəbə, müəllimin şagird nailiyyətinə verdiyi qiymətə inam və etimadın təcəssümü idi. Sonralar bu kimi ənənələr nədənsə unuduldu. On bir illik zəhmətə, onlarla müəllim əməyinə olan etibarı itirdik, orta ümumtəhsil məktəblərində əldə edilən göstəricilərə biganəlik göstərdik.

Bu kimi layihələrin həyata keçirilməsi Təhsil Nazirliyi və DİM arasında qarşılıqlı anlaşma və kompromis yaranması istiqamətində də yeni mərhələ ola bilər. Belə bir qanun layihəsinin hazırlanıb hökumətə təqdim edilməsini nəinki vaxtında, hətta gecikmiş hesab edir, layihənin Milli Məclis tərəfindən birmənalı şəkildə qəbul ediləcəyinə bəri başdan əminliyimi bildirirəm.  Digər stimullşdırıcı hallara gəlincə isə onu qeyd etmək yerinə düşər ki, hər bir məktəblinin ən böyük arzusu seçdiyi ixtisas üzrə ali məktəbə daxil olmaqdır”.

Ekspert hesab edir ki, beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsinın özü belə ilkin olaraq ən böyük üstünlükdür:

“Digər tərəfdən onların medal və hədiyyələrlə təltif olunması, bu təltiflərin təntənəli mərasim şəraitində Respublikanın ən tanınmış ziyalılırı tərəfindən onlara təqdim olunması, ölkə ictimaiyyəti tərəfindən tanınması da qürurverici hiss olub, onların qalib kimi üstünlük göstəricisidir. Əlbəttə tanınma və fərqlənmə nişanı olaraq şagirdlərin hansı fənn üzrə qalib olduqları barədə attestatlarında hər hansı bir konkret qeydin aparılması və ya buraxılış sənədinin rəng tonlarında fərqləndirici dəyişikliyin edilməsi onların nailiyyətinə verilən ayrıca bir qiymət olardı”.

Təhsil eksperti Kamran Əsədov Cebhe.info-ya açıqlamasında bu təklifi publikaya işləyən fikir adlandırıb və ona qaşrı çıxıb.

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений