Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Sərnişinlərdən “böyük narahatlığa” görə üzr istənildi: Cəmi...25 saniyə üçün



Dəmir yolu operatoru qatarla bağlı baş verən insidentə görə sərnişinlərdən üzr istəyib.

Cebhe.info xəbər verir ki, qatar stansiyadan müəyyən edilən cədvəldən 25 saniyə əvvəl çıxıb.

Hadisə Yaponiyada baş verib.

11 mayda baş verən hadisəyə görə maşinist qatarı 07.11 əvəzinə 07.12-də işə salıb. O, platformada gözləyən sərnişinləri görməyərək, stansiyanı 25 saniyə tez tərk edib. 

Məlumat üçün bildirək ki, Yaponiya sərnişindaşımada, xüsusən də qatarların hərəkətindəki dəqiqliyinə görə seçilir. Operator sərnişinlərə verilən “böyük narahatlığa” görə onlardan üzr istəyib.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений