Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Regionlardan Bakıya işləmək üçün məktəblilər gəlirlər” - Ekspert



İstər Bakıda, istərsə belə Azərbaycanın digər şəhərlərində məktəblilərin dilənməsi, salfet və ya b. satışlarla məşğul olmasının şahidi oluruq. Məktəblilərin məktəbə getməyib işləməsində əsas səbəblər nələrdir? Qanun bu halda nə deyir? Valideynlər cəzalana bilərmi? 

Uşaq hüquqları üzrə ekspert Nabil Seyidov Cebhe.info-ya açıqlamasında bildirib ki, məktəblilərin təhsil müddətində, məktəbdə olmaları əvəzinə hansısa işlərə cəlb olunması, məktəbdən yayındırılması qanun pozuntusudur:

“Buna yol verən şəxslər cəzalandırılmalı, inzibati qaydada bunlara tədbirlər görülməlidir. Məsələ ondadır ki, burda ilk növbədə məsuliyyət valideynlərin üzərinə düşür. Amma digər tərəfdən səlahiyyətli orqanlar yəni, məktəb rəhbərliyi, təhsil nazirliyinin nümayəndələri buna nəzarət etməlidirlər. Uşağın dərsə gəlməməsi bunun araşdırılmasına və bununla bağlı valideynə müvafiq xəbərdarlığın verilməsinə gətirib çıxarmalıdır. 

Bütün məktəblərin, poliklinikalarla, eyni zamanda hüquq mühafizə orqanları ilə və azyaşlılarla bağlı komissiyalarla birbaşa əlaqəsi var. Polis və sahə inspektorları məktəbə tez-tez gəlib problemlərin olub-olmaması ilə bağlı məlumat almalıdırlar. Hansısa bir uşaq məktəbə gəlməyibsə və ya tez-tez dərs buraxırsa bu barədə həmin mühafizə orqanının nümayəndəsinə məlumat verilməlidir. Görüləcək müvafiq tədbirlər müxtəlif ola bilər. Xəbərdarlıqdan başlamış, valideynlərin cərimələnməsi ilə, bunlar da bir nəticə göstərməsə, valideynlərin valideynlik hüquqlarının məhdudlaşdırılması istiqamətində tədbirlər görülməlidir”. 

“Problemin kökünə gedilməlidir və problem aradan qaldırılmalıdır” 

Bununla yanaşı sosial orqanlar uşaqların və valideynlərin bu cür pozuntulara yol verməsinin səbəbini araşdırmalı, həmin problemləri aradan qaldırmaq üçün kömək etməlidir. Çünki söhbət yalnız xəbərdarlıqla, cərimə ilə bitə bilməz. 

Azərbaycanın regionlarından Bakıya və digər iri şəhərlərə gəlib burada qeyri-qanuni əmək fəaliyyəti ilə məşğul olan uşaqlarda var. Bunların bir qismi “qaraçı” adlandırdığımız cəmiyyətin uşaqlarıdır. Bu isə əslində belə deyil. Onlar Azərbaycan vətəndaşıdır və bütün qanunlara əməl etməlidirlər. Və valideynləri də müvafiq məsuliyyətə cəlb olunmalıdır. Hamı qanun qarşısında bərabərdir. 

Uşaqların hüquqları həm təhsildə, həm də əylənməkdə pozulmamalıdır. Uşaqların dilənməsinin, yollarda salfetlər və b. satmasının qarşısı alınmalıdır.

N.Seyidov həmçinin bildirib ki, konstitusiyaya görə uşaqların 15 yaşdan sonra qanuni olaraq təhsilinə, sağlığına mane olmamaqla şərti ilə müqavilə əsasında hansısa işlərdə çalışmasına icazə verilə bilər. Onların əmək haqqları digərləri ilə eyni olmalıdır.

Hicranə İsmayılova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений