Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İlin sonuna qədər bağlanacaq banklar



2017-ci ildə Azərbaycanda fəaliyyət göstərən banklar 18 filialını bağladı. Filialların bağlanması bankların xərclərinə nəzarət mexanizminin bir hissəsi kimi xarakterizə olunurdu.

Maraqlıdır, bu il bank filiallarının bağlanması gözlənilirmi? Bu sualla banklara nəzarət funksiyasını həyata keçirən Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) sorğu ilə müraciət etsək də 14 gündən artıq zamanda cavablandırılmadı. 

Qeyd edək ki, qanunvericiliyə əsasən dövlət qurumları mətbuat orqanının sualını 14 iş günü ərzində cavablandırmalıdır.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov  Cebhe.info-ya açıqlamasında bankların filiallarını niyə bağladığına aydınlıq gətirib:

“Banklar filiallarının sayını ona görə artırırdılar ki, mövcud filial şəbəkəsi əhaliyə xidmət göstərməyə çatdırmırdı. Həm də əhali üçün bankları daha yaxın və əlçatan etmək istəyirdilər. Amma indi banklara nə pul qoyan, nə kredit götürən, nə də köçürmələr edən var. Yəni, artıq iş yükü, bank xidmətlərinə ehtiyac azalıb, amma eyni zamanda bankların gəliri də azalıb. Gəlir azaldığı üçün banklar işçi saxlamaq, kommunal ödənişlər və sair digər xərclərdən azad olmaq üçün filiallarını bağlayırlar”.

Ə.Həsənov bu ilin sonuna qədər nəinki filiaların, bir neçə bankın özünün bağlanacağının gözlənildiyini deyib: “Əgər banklara pul qoyulması üçün yeni səhmdarlar tapılmasa və Azərbaycan Mərkəzi Bankı vəziyyəti pis olan bankları aktiv şəkildə kreditləşdirməsə, bu halda bu ilin sonuna qədər bir neçə bank bağlanacaq. Hələlik müşahidələr onu göstərir ki, nə səhmdar tapılmır, nə də Mərkəzi Bank kredit vermir. Yəni, proses bankların bağlanmasına doğru gedir”.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений