Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Akif Nağı: “Mehriban Sadıqova Ağadadaş Kərimovdan da böyük sarsaqlıq edib”



Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimov qızının erməni biznesmenlə evlənməsindən sonra ona olan ictimai qınaqlarla yanaşı, dəstək çıxanlar da olub. Belə ki, qızını erməniyə ərə verən diaspor sədri Ağadadaş Kərimov yığıncaq keçirərək erməni ilə qohum olmasına haqq qazandırıb. O, özünü bu qohumluq əlaqələrində qız tərəfi kimi gördüyünə görə fəxr etdiyini bildirib.

Yığıncaqda öz tərəfdarlarını başına toplayan Ağadadaş Kərimov Azərbaycanın işğal altında olan torpaqlarının onunla heç bir bağlılıq təşkil etmədiyini vurğulayıb. Qızının və kürəkəninin toyunda iştirak etmədiyini qeyd edən erməninin azərbaycanlı qudası məhz toyda iştirak etmədiyinə görə, peşman olduğunu da bildirib.

"Azərbaycanda şəhid olanlar mənim üçün şəhid olmayıb və uğrunda döyüşülən torpaqlar da mənim deyil. Mən qarabağlı da deyiləm ki, torpaqları qorumağa haqqım çatsın. Gücləri çatırsa, öz torpaqlarını özləri qorusun. Mən Rusiya vətəndaşıyam, Qarabağı gedib qarabağlılar qorusun”.

Ən maraqlısı odur ki, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Mehriban Sadıqova qızını erməniyə ərə verən azərbaycanlı sədrin fikirlərinə haqq qazandırıb. O, A. Kərimovun erməni ilə quda olmasına görə heç bir cinayət xarakterli davranış nümayiş etdirmədiyini qeyd edərək erməni qudaya da xeyir-dua diləyib.

Maraqlıdır, qızını erməniyə verən, Azərbaycan diasporunda təmsil olunan bir şəxs ermənilərə qarşı necə mübarizə apara bilər? 

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Cebhe.info-ya bildirib ki, sözügedən məsələdə o şəxsin ermənipərəst mövqeyi, azərbaycanlılara qarşı ağılasığmaz fikirdə olması göz önündədir:

“Bu, onun şəxsi işidir ki, gedib ermənilərin yanında dayanıb və erməniləri özünə dost seçib. Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Mehriban Sadıqova Ağadadaş Kərimovdan da böyük sarsaqlıq edib. Bir azərbaycanlının “Biz Qarabağlı deyilik”, “Azərbaycanda şəhid olanlar mənim üçün olmayıb” və.s kimi açıqlama verməsi inandırıcı deyil. Damarında azacıq da olsa, azərbaycanlı qanı daşıyan bu cür ifadələr işlətməsi heç cür anlaşılan deyil. Hesab edirəm ki, məsələ dəqiqləşdirilməlidir. Əgər bu rüsvayçılıq təsdiq olunarsa, deməli o adamlar öz həyatlarını erməni murdarları ilə bir yerdə müəyyənləşdiriblər. Özləri bilər. Sadəcə olaraq, Azərbaycan diaspora rəhbərliyi, o cümlədən Azərbaycan Rusiyadakı səfirliyi bu məsələ ilə bağlı ölçü götürməlidir. Necə ola bilər ki, şəhidlərə azacıq da olsa hörmət etməyən, Azərbaycana, Qarabağa nifrət hissi ilə köklənmiş bir adam bir təşkilatda təmsil olunur? Hesab edirəm ki, Rusiyadakı diaspora təşkilatları məsələ ilə məşğul olmalıdır. Məndə ola məlumata görə, Azərbaycanın diaspora təşkilatları etiraz aksiyası keçirməyə hazırlaşırlar. Amma rəsmi qaydada səfirlik və diaspora komitəsi həm Ağadadaş Kərimovu, həm də Mehriban Sadıqovanı Azərbaycanın adı keçən təşkilatlarından uzaqlaşdırılmalıdır”.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений