Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Şeyxülislam saxta mollardan şikayətləndi – Bəs rəsmi mollar nə qədərdir?



Məlum olduğu kimi, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bir neçə gün əvvəl Azərbaycanda saxta mollaların fəaliyyət göstərdiyi haqda açıqlama verib. Onun sözlərinə görə, idarədə qeydiyyata alınmayan, icazəsi olmayan insanlar molla paltarı geyinib fətva verirlər: 

"Onlar yalançı mollalardır, onlar üçün fərqi yoxdur, qanun var, ya yox. Bizim mollalarımız məclisdən durur və həmin mollalar onu əvəz edirlər. Faktiki olaraq bu, qanun pozuntusudur. Mən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən də xahiş edərdim ki, bu işdə bizə kömək etsin".
Bəs, qeydiyyata alınan mollaların sayı nə qədərdir?

Cebhe.info-nun xəbərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin rəsmi internet saytında 920 din xadiminin adı qeyd olunub. Bakının rayonlarında QMİ-nin 74 rəsmi nümayəndəsi var. Rayonlardan rəsmi din xadimlərinin sayı üzrə ilk yerləri Kürdəmir və Ucar rayonları tutur. Xızı, Şəmkir, Sədərək, Naftalan, Göygöl və Daşkəsən rayonları isə rəsmi mollaların sayı azdır. 

Xatirə
Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений