Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ürəyi çökdürən 5 qida



Dünyada insan ölümünün başlıca səbəbi ürək-damar sistemi xəstəlikləridir.

Ürək və damarların sağlamlığı bir çox amillərə söykənir. Bu amillərdən ən vacibi qidamızdır. 

Cebhe.info ürək üçün ən ziyanlı 5 qidanın siyahısını təqdim edir: 

1. Yağda çox qızardılmış qidalardır. Çünki bu zaman çoxlu miqdarda zərərli maddələr ifraz olunur. Bu maddələr ürək-damar sistemi xəstələiklərinə yaxalanma riskini xeyli artırır. Həmçinin, xərçəng əmələ gətirən xüsusiyyətlərə malikdir. 

2. Kolbasa və sosislərdir. Araşdırmalar göstərir ki, bu məhsulların tərkibində çoxlu miqdarda duz və konservantların olması ürək və damarlar üçün çox ziyanlıdır. Duz orqanizmdə mayeni saxlayır və bununla da ürəyə düşən gərginliyi artırır. Konservantlar isə ürəyə toksiki təsir edir. 

3. Duzlu qidalar və şorabalar. Duz orqanizm üçün çox vacib maddədidr. Lakin duzlu qidaların çox miqdarda qəbulu ürəyin sağlamlığı üçün ziyanlıdır. Fri, cibsi, fastfood qidaları çox yağlı olduğundan ürəyə həddən artıq ziyanlıdır. 

4. Şirniyyatlar, şəkər və qzlı içkilər. Bu məhsulların çox miqdarda qəbulu qanda insulinin səviyyəsinin qalxmasına səbəb olur. İnsulinin qalxması isə öz növbəsində qanda xolesterini qaldırır. Şəkər damarların sağlamlığına xüsusilə ziyan vurur. 

5. Marqarin və trans yağları. Mağazalarda satılan hazır tort “peçenye” və “vafli” kimi məhsulların tərkibində də ucuz trans yağları var. Məhz bu yağlar qanda pis xolestelinin yığılmasına səbəb olur. Damarlarda yığılan xolestelin damarları daraldır. Onların elastikliyini pozur. Bu isə gələcəkdə infarkt kimi təhlükəli məqamlar yaradır. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений