Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Rusiyanin yeni robot tankı Suriyada (VİDEO)



Münaqişə ocaqları yeni silahların sınaq meydanıdır

Rusiya uçan pilotsuzlar sahəsində bir qədər geridə qalsa da son illər yerüstü robot döyüş texnikalarının hazırlanması və ordusunun arsenalına daxil edilməsində sürətlə irəliləyir. Belə pilotsuz döyüş texnikalarının çoxu bu dəfəki 9 may qələbə paradında nümayiş etdirildi.

Qızıl meydana çıxarılan yeni döyüş robot maşınlarının sırasında “Uran-9” xüsusilə diqqət çəkdi. Paraddan sonra isə qərb mətbuatında Rusiyanın bu pilotsuz tankı Suriyada döyüş meydanına çıxardığı haqda məlumatlar yayılmağa başladı.

Xarici mətbuat Rusiyanın RİA novosti xəbər agentliyinin minatəmizləyən “Uran-6” və böyük döyüş zərbə gücünə malik olan “Uran-9” robotlarının Suriyadakı əməliyyatlarda tətbiq olunması haqda yaydığı informasiyaya istinadən geniş müzakirə və təhlillərə başlayıb.

Amerikanın məşhur The National İnterest jurnalındakı “Rusiya qeyri-adi tankını Suriyaya göndərdiyini təsdiqlədi” başlıqlı məqalədə bu ölkənin xüsusi təyinatlı silah və döyüş texnikasını münaqişə bölgələrində sınaqdan çıxardığı qeyd olunur.

2015-ci ildən başlayaraq Rusiyanın real silahlı münaqişə şəraitində özünün yeni nəsil Su-57 qırıcısını, təkmilləşdirilmiş T-90 tankını, müxtəlif qanadlı raketlərini sınadığı yazılır. Yerüstü pilotsuz döyüş maşınlarının istehsalında Rusiyanın öndə olduğu bildirilən məqalədə hazırlanan texnikaların əvvəlcədən tətbiqi bəlli olan münaqişə bölgələrində ortaya çıxarıldığı və poliqonlardan çox elə həmin qaynar nöqtələrdə sınandığı xüsusi vurğulanır.

Adətən rus silahlarına tənqidi, bəzən də ironiya ilə yanaşan The National Interest nəşri yeni pilotsuz tankı heyrətamiz gücə malik analoqu olmayan döyüş maşını adlandırıb. Doğrudan da Suriyaya göndərilən “Uran-9” silahlanmasına görə gerçək tanka yaxın döyüş gücünə malikdir.

Onun arsenalında olan avtomatik top və pulemyot, tankəleyhinə idarə olunan raketlər yerüstü mübarizə ilə yanaşı döyüş maşınına havadan da effektiv müdafiə olunaraq helikopterlərə qarşı mübarizə qabiliyyəti verir. Silahlanmasındakı raketlərin hesabına tanklarla effektiv mübarizə apara bilən “Uran-9”un üzərinə digər raket və silahlar da yerləşdirilə bilir.

Çəkisi 10 ton olan robot tank məxfi və təhlükəsiz radiotezlikdə 3 kilometrə qədər məsafədən idarə olunur. Bu məsafə pilotsuz uçuş aparatından retranslyasiya yolu ilə artırıla da bilir. Bəzi hərbi ekspertlər “Uran-9”-un Suriyada kəşfiyyat apararaq quru qoşunlarına güclü dəstək vermək üçün Rusiya hərbi kontingentinə geniş meydan açacağını iddia edirlər.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений