Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qazaxıstanda neft yatağında yanğın olub, 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb



Ötən gecə Qazaxıstanın Manqistau vilayətində neft yatağında baş verən yanğın nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

APA-nın “Novosti-Kazaxıstan” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə hallar üzrə komitəsi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, 19 may saat 22.22 radələrində "Kommunay" yatağında təmir edilən quyuda  40 kv.m sahəni əhatə edən yanğın olub.

Yanğın 2 saat ərzində, 20 may gecə saat 00.23 radələrində söndürülüb. Hadisə nəticəsində yanıq xəsarəti alan "M-Texservis" şirkətinin 1986-cı il təvəllüdlü əməkdaşı ölüb, 3 nəfər  xəstəxanaya yerləşdirilib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений