Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Kral ailəsinin QADAĞALARI: Kartof, sarımsaq, plovdan... birgə səyahətə qədər ÇOX ŞEY



Şahzadə Harri və aktrisa Meqam Marklinin evliliyi ilə bir daha gündəmə gələn kral ailəsinin də öz qadağaları var.

Cebhe.info “Richest” saytına istinadən həmin qadağaları təqdim edir. 

1. Kral ailəsinin üzvləri evlərində 6 quzgun saxlamalıdır. Bir əfsanəyə görə, əgər London Qalasında quzğun yoxdursa, krallıq məhv olacaq.


2. Yemək zamanını kraliça müəyyən edir. O, başlamadan əvvəl başlamaq, o bitirəndən sonra davam etmək olmaz.


3. Kartof, plov, makaron, qabıqlı dəniz məhsulları, sarımsaq yemək qadağandr. Kraliça nifrət etdiyinə görə bu qidalar sarayda qadağan edilib. Dəniz məhsullarına tətbiq edilən qadağalar isə allergiya və qida zəhərlənməsiylə bağlıdır.


4. Əsil-nəcabəti olmayanların kral ailəsindən olan birinə toxunması qadağandır. Ancaq bu qadağaya tam əməl edilmir. 


5. Kraliça otağına getmədən yatmaq olmaz. Bu qadağa sarayda ikən keçərlidir. Kraliça isə gecə saat 23.30-da yatır. 


6. Kral ailəsinin üzvü sosial şəbəkədə hesab aça bilməz. Yeni gəlin Meqan Markle bu səbəbdən də 2 milyon izləyicisi olan İnstagram, 350 min izləyicisi olan Twitter və 800 min bəyənməsi olan Facebok hesabını bağlamalı olub.


7. “Selfie” çəkmək qadağandır. Meqan Markle üçün də ən çətin qadağa yəqin ki, bu olacaq.


8. Qadınlar tünd rəngli dırnaq boyası sürtə bilməzlər. Kraliça bu məsələdə çox həssasdır. Kral ailəsinin üzvləri qısa və təbii formasını saxlayan dırnaqlarla gəzməlidir. Kraliça özü isə 28 ildir ki, “Essie”  “Ballet Slippers” boyasından isitfadə edir.


9. Kral ailəsinin üzvləri səs verə bilməz. Bunun səbəbi isə xalqın düşüncəsinə təsir etməmək niyyətidir.


10. Siyasi məqamlarından istifadə də kral ailəsi üzvlərinə qadağandır. 


11. Kral ailəsinin üzvləri mərasimdə ön sırada əyləşməlidir. Kraliçanın hər addımı təqib edilməlidir. Əgər kral ailəsində yeməkdəsinizsə, kraliça edən hər şeyi təkrar etmək məcburiyyətindəsiniz.


12. Kral ailəsinin üzvlərinin geyimi xüsusi olaraq seçilir. Geyimlər zərif və dəbli olmalı, ancaq cəmiyyətə mesaj verməməlidir.


13. Kral ailəsinin üzvləri kürk geyinməzlər. 


14. Kral ailəsinin üzvləri ənənəvi olaraq yeni ili bir yerd qarşılamalıdırlar.


15. Kral ailəsinin  üzvləri birgə səyahət edə bilməzlər. Bunun səbəbi riskləri azaltmaqdır. Ancaq indi bu məsələdə qayda yumşalıb. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений