Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bu il yay Azərbaycanda daha isti olacaq - AÇIQLAMA



Bu il yay ayları ötən illərdəkindən isti olacaq.

Cebhe.info-ya məlumat verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təbliğat şöbəsinin əməkdaşı Umayra Tağıyeva bildirib ki, hər il olduğu kimi bu il də əsas isti dövrlər Azərbaycanda daha çox iyul, avqust aylarında olacaq:

“Son illərin tendensiyası ondan ibarətdir ki, yay aylarında maksimal temperatur 35 dərəcədən yuxarı günlərin sayı artır. Belə bir proses bütün dünyada baş verir. Bu da qlobal istilik dəyişmələrinin Azərbaycanda müşahidə olunan regional təzahürləridir. Bu ümumi tendensiyadır ki, yay adətən son illərdə necə keçibsə, elə də davam edir. 

Bu ilin iyun ayına gəldikdə isə ayın 1-ci yarısında sərt istilər gözləmirik. Havanın temperaturu norma daxilində olacaq, maksimal temperatur 28-32 dərəcə intervalında dəyişəcək. Bəzi günlərdə temperatur normadan 2-3 dərəcə yüksək ola bilər.

Ümumiyyətlə, dünyada və azərbaycanda aparılan tədqiqatlar göstərir ki, isti hava dalğalarının həm təkrarlanması, həm də davamiyyəti il ildən artır."

Hicranə İsmayılova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений