Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

Suriya: Bütövlüyünə qol çəkilib bölünən ölkə

rn



Sünni koalisiyası parçalandı

rnrn

Suriyanın ərazi bütövlüyünün saxlanılması barədə Rusiya, Türkiyə və İran arasında əldə edilmiş razılaşma siyasi müşahidəçiləri düşündürən aktual sual olaraq qalır.Hər üç dövlətin xarici işlər nazirlərinin imzaladığı birgə bəyanat Suriyanın ərazi bütövlüyünün təmin edilməsi, atəşkəsə nail olunması, dinc əhaliyə humanitar yardımların çatdırılması və terrorizmə qarşı birgə mübarizəni özündə əks etdirir. Tərəflər atəşkəs haqqında müqavilənin yalnız İŞİD və “Ən-Nüsrə” Cəbhəsi terror təşkilatlarına aid edilmədiyini bildiriblər.

rnrn

Siyasi ekspetlər Suriyada marağı olan digər güclərin rəyi nəzərə alınmadan, Rusiya, Türkiyə və İranın parçalanmış Suriyanın ərazi bütövlüyünü necə təmin edəcəklərini analiz edir.Söhbət ilk növbədə ABŞ, Avropa Birliyi, Səudiyyə Ərəbistanı, Qətər və İsraildən gedir.Rusiya və İranla geosiyasi qarşıdurma vəziyyətində olan bu beynəlxalq güclərin maraqlarının toqquşduğu əsas bölgələrdən biri də Suriyadır.Son dövrlər Rusiya silahlı qüvvələrinin Suriya ərazisində hərbi uğurları Kremllə müttəfiq olan İranın da mövqelərini möhkəmlədə bilib.Rusiyanın qələbələrinin artması həm də Moskva ilə Ankara arasındakı yaxınlaşma ilə bağlıdır.

rnrn

Türkiyə və Rusiya arasında Suriya məsələsinə dair siyasi bazarlaşmanın olduğuna dair məlumatlar son dövrlər təsdiqini tapmağa başlayıb. Belə ki, hələ avqust ayının 9-da Rusiya və Türkiyə prezidentlərinin Sankt-Peterburq görüşündə Vladimir Putinin Rəcəb Tayyib Ərdoğana “Hələb bazarlaşması” təklif etdiyi haqda informasiyalar yayılmışdı. Həmin məlumatlara görə, Rusiya Türkiyədən Hələb şəhərini təslim etməyi və “Ən-Nüsrə” Cəbhəsinə hərbi dəstəyini geri çəkməyi istəyib.Bunun qarşılığında Moskva PYD-yə qarşı mübarizədə Ankaraya dəstək verəcəyini vəd edib. Artıq demək olar ki, anlaşma baş tutub.Türkiyə silahlı qüvvələri Azad Suriya Ordusu ilə birlikdə avqustun 24-dən başlatdığı “Fərat qalxanı” əməliyyatı nəticəsində sərhəd ərazilərin böyük hissəsini kürd və İŞİD terrorçularından azad edib.

rnrn

Artıq Türkiyə hərbiçiləri Əl-Bab şəhərini də İŞİD terrorçularından təmizləyə bilib. Şəhər uğrunda son döyüşlərdə İŞİD yaraqlıları məğlub olub. Bir neçə gün öncə Hələb sakinlərinin və Əsəd rejiminə qarşı vuruşan silahlı dəstələrin şəhərdən çıxarılması Türkiyə və Rusiya arasında qeyd edilən anlaşmanın baş tutduğunu təsdiqləyir.

rnrn

Əsədin mövqeyi güclənib

rnrn

Hələbin təslim edilməsi Rusiyanın Suriya ərazisində həm hərbi, həm də siyasi qələbəsi hesab edilir.Yəni, bu gün Suriyada qüvvələr nisbəti faktiki olaraq, Rusiyanın xeyrinədir.Moskva görüşünün nəticələri Türkiyə və İranla yanaşı, Cenevrə danışıqlarında iştirak edən bütün tərəflərin, o cümlədən, ABŞ-ın Rusiyanın üstünlüyünü tanıması kimi şərh edilir.Rusiya, İran və Türkiyənin hərbi fəallığnın artması eyni zamanda, Bəşər Əsəd rejiminin mövqelərinin güclənməsinə səbəb olub. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, əgər “Ərəb baharı” inqilabı başlayanda Suriyada marağı olan güclər Əsəd rejimini devirməyə çalışırdısa, sonradan bu proses dəyişərək ölkədə terrorizmlə mübarizəyə çevrildi. Qeyd edək ki, Türkiyə S.Lavrovun bu mövqeyi ilə razılaşmır. Ancaq Suriyadakı silahlı münaqişə terrorçu təşkilatların bu ölkədə yayılmasına münbit şərait yaratdığından Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması prioritet təşkil etmədi.

rnrn

Qərb İŞİD və digər terrorçu təşkilatlarla mübarizəni daha vacib məsələ kimi qarşıya qoydu.Bu isə Rusiyaya güc nümayiş etdirmək və geosiyasi mövqelərini bərkitmək imkanı qazandırıb. Rusiya qarşıya qoyduğu üç məqsədə ilkin mərhələdə nail ola bilib. Birincisi, Rusiya Əsəd rejiminin hakimiyyətdə qalmasını təmin edib.Moskva bu nailiyyətini qoruyub saxlaya bilsə, perspektivdə Yaxın Şərqdə söz sahibinə çevriləcək. İkincisi, Suriya ərazisində mövcudluğu Rusiyaya Latakiyə bölgəsindəki Tartus hərbi hava bazasına nəzarət etmək və hətta “S-400” raketləri yerləşdirmək imkanı verəcək. Bununla da Rusiya Aralıq dənizinə yeganə çıxış imkanını qoruyub saxlaya bilər.Həmin raketlər Rusiyaya ABŞ-ın Aralıq dənizindəki və Rumıniyadakı raketdən müdafiə sistemlərinə qarşı sipər kimi mühüm əhəmiyyət daşıyır.

rnrn

Rusiya Qərbləhesablaşmaq zorundadır

rnrn

Rusiyanın Suriyada hərbi hava qüvvələri yerləşdirdiyi ikinci ərazi “Hmeym” aviabazasıdır.Lakin siyasi analitiklərin fikrincə, Rusiya hərbi üstünlük qazanmasına baxmayaraq, hazırda darmadağın olmuş Suriyanı bərpa etmək üçün lazım olan 7 milyard dollar qədər vəsaiti ödəmək iqtidarında deyil.Ona görə də Moskva Suriya böhranını təkbaşına həll edə bilməz və Qərbin mövqeyi ilə hesablaşmalı olacaq.Hazırda Suriya münaqişəsi Rusiya üçün həm də silah satışı üçün bir bazar kimi daha əlverişlidir.Bu baxımdan, atəşkəsin uzun müddət davam edəcəyi inandırıcı görünmür.Rusiya mediasının yazdığına görə, İran hərbçilərinə verilən 1500 tank əleyhinə idarə olunan raket yoxa çıxıb.Onların da həmin raketləri “Hizbullah”a satdıqları və ya verdikləri ehtimal olunur.

rnrn

Türkiyənin ərazi bütövlüyünə təhlükə

rnrn

Suriyanın ərazi bütövlüyünün qorunmasında Türkiyənin də rolu diqqəti cəlb edir.Rəsmi Ankara Suriyanın bölünməsinin əleyhinə olduğunu bildirir.Hətta bu məqsədlə xarici işlər naziri Mövlud Çavuşoğlu Moskva görüşündə birgə razılaşmanı da imzalayıb.Çünki Suriyanın bölünməsi Türkiyənin ərazi bütövlüyü üçün ciddi təhlükə yarada bilər.Belə ki, Suriyanın bir dövlət kimi ələvilər, sünnilər və kürdlərdən ibarət üç hissəyə bölünməsi Türkiyə ilə həmsərhəd ərazilərdə kürd dövlətinin yaranması deməkdir. Bu isə həmin prosesin Türkiyənin daxilinə transfer etməsinə gətirib çıxara bilər.

rnrn

Qeyd edilən təhlükənin qarşısını almaq üçün Fərat çayının sol sahilini PYD/YPG terrorçularından azad edən rəsmi Ankara Suriyanın ərazi bütövlüyünü saxlamaq məqsədilə son vaxtlar Bəşər Əsədin hakimiyyətdə qalmasına loyallıq nümayiş etdirir. Ankaranın bu mövqeyi Moskva ilə münasibətlərin  yaxınlaşmasında müşahidə olunur. Əl-Bab şəhərinin azad edilməsindən sonra Türkiyə silahlı qüvvələri artıq Hələb-Menbiç yoluna tam nəzarəti ələ alıb.

rnrn

Bundan sonra Türkiyənin şərqdə Menbiç, sonrakı mərhələdə qərbdə Təl-Rifat və Afrin şəhərlərini kürd yaraqlılarından azad etmək üçün hücuma başlayacağı gözlənilir.Amma Türkiyənin Suriyanın ərazi bütövlüyünə dair birgə razılaşmaya imza atmasını yaxın gələcəkdə silahlı qüvvələrini bu ölkənin ərazisində saxlamasına maneə də yarada bilər.Ona görə də Türkiyənin Suriyada hərbi qüvvə yerləşdirməsini hüquqi cəhətdən əsaslandırmaq tələbi ilə üzləşəcəyi istisna edilmir.

rnrn

Əgər Rusiya Suriyanın ərazi bütövlüyünün təmin olunmasına dair ABŞ-la razılığa gələ bilsə, o zaman Moskva Ankaradan silahlı qüvvələrini qonşu dövlətin ərazisindən geri çəkməyi tələb edə bilər. Digər tərəfdən, Rusiya Hələbin ardınca, İdlib şəhərini və onun ətrafındakı əraziləri ASO-dan geri almaq üçün hərbi əməliyyatlara başlamaq niyyətindədir. Bu məsələdə Kremlin israr etməsi təbii ki, Türkiyənin siyasi müqaviməti ilə qarşılaşacaq.   

rnrn

Ərdoğan hakimiyyətinin Suriya böhranına dair sünni koalisiyasından ayrılıb İranla anlaşmaya getməsi, bu bölgədə Rusiyanın nüfuz üstünlüyünü qəbul etməsi, həmçinin Hələb şəhərini Əsəd rejiminə təslim etməsi Səudiyyə Ərəbistanı və Qətər tərəfindən sakit qarşılana bilməz. İran sünni koalisiyasının parçalanmasında, daha doğrusu, Səudiyyənin ətrafındakı siyasi güc mərkəzinin zəifləməsində maraqlıdır.Regionda qüvvələr nisbətinin Rusiya - İran ittifaqının xeyrinə dəyişməsi və Türkiyənin də bu prosesdə fəal iştirakı Səudiyyə Ərəbistanı, Qətər kimi dövlətlər tərəfindən böyük ehtimalla adekvat cavab tədbiri ilə qarşılana bilər.

rnrn

Hazırda Suriya ərazisində qüvvələr balansının formalaşması nisbi hesab olunur.Çünki prezident seçkilərindən sonra xarici siyasətdə passivliyi müşahidə olunan ABŞ-ın yeni prezidentin fəaliyyətə başlamasından sonra Yaxın Şərqdə fəallaığının artacağı gözlənilir. Moskva müqaviləsinə ABŞ-ın real yanaşma nümayiş etdirməsindən sonra Suriyadakı proseslərin inkişaf istiqamətini daha konkret proqnozlaşdırmaq olar. Çünki Rusiya, Türkiyə və İrandan fərqli olaraq, ABŞ Suriyanın parçalanmasında maraqlıdır. Birləşmiş Ştatların bu mövqeyindən yaxın perspektivdə imtina edəcəyi də inandırıcı görünmür. Çünki Suriyanın Əsəd rejiminin nəzarətində qalması İranın İsrailə qarşı mübarizədə birbaşa “Hizbullah”la əlaqə yaratmağa çalışan İranın maraqlarına uyğundur. Vaşinqton Moskva formatının qərarını qəbul etməsə, o zaman Suriyada silahlı münaqişə yenidən dərinləşə bilər.

rnrn

Bu baxımdan, Moskva müqaviləsinin taktiki məqsədə xidmət etdiyi qənaətinə gəlmək olar.

rnrn

Müşfiq Abdulla

rnrn

Cebhe.info

rn









© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı