Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

11 nəfərdə qripə bənzər xəstəlik aşkarlanıb - Azərbaycanda 



Son 3 ayda nisbətən ağır gedişli respirator xəstəliyi olan 258 xəstədən material götürülərək Respublika Taun Əleyhinə Stansiyasında (RTƏS) müayinə olunub.

RTƏS-ın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova APA-ya bildirib ki, ötən ilin oktyabrından aparılan müayinələr nəticəsində onlardan 5-də paraqrip, 6-da isə adena virus aşkarlanıb. R. İsmayılova qeyd edib ki, bunlar qrip deyil, qripə bənzər xəstəliklərdir: “Simptomatikası oxşayır, yüksək hərarət, boğaz ağrısı, öskürək olur. Ümumilikdə isə patogen qrip aşkarlanmayıb. Müraciətlər əsasən, kəskin respirator viruslarla bağlı olub. 17 yaşına qədər uşaqlar isə ümumi müraciətlərin 20%-ni təşkil edib”.

Şöbə müdiri qeyd edib ki, insanlar xəstələndikdə, hansısa narahatlıqları olduqda müvafiq tibb müəssisələrinə müraciət etməlidirlər. Onun sözlərinə görə, RTƏS-ın laboratoriyasına müayinə materialları yalnız tibb müəssisələrindən daxil olur. Hazırda vəziyyət stabildir və artım yoxdur.

Cebhe.info

 










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı