Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

DYP-nin maşınları satışa çıxarıldı - FOTOLAR



Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanvarın 10-da hərraca çıxarılacaq nəqliyyat vasitələrinin adlarını açıqlayıb.

Cebhe.info xəbər verir ki, hərraca çıxarılan avtomobillərin içərisində Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının nəzdində olan avtomobillər də var.

Qeyd olunub ki, buraxılış ili 2007-ci il olan “BMW 320” markalı dövlət nömrə nişanı 10 YP 568 olan avtomobili hərraca çıxarılıb. Avtomobilin ilkin start qiyməti 5500 manatdır.

Bundan başqa Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatına daxil olan 2 “UAZ-3741”, “UAZ-31519”, “Nissan Sunny” və “QAZ-33073” də var

Cebhe.info

 










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı