Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

Azərbaycan üçün ikili problem: Neft həm ucuzlaşır, həm də ixrac azalır



Azərbaycanda neft ixracında ciddi azalmalar var.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, ötən il Ceyhan limanından Azərbaycan neftinin nəqli 15%-dən çox azalıb. SOCAR tərəfindən 2016-cı ildə isə Novorossiysk limanından ixrac olunan neftin həcmi 4,1% azalıb:

“Ölkə əsasən, bu iki istiqamət üzrə neft ixrac edir, hər iki istiqamətdə də ciddi azalma var. Nefti unudun deyib, amma neftin qiymətinin qalxmasına dua edən hökumətimiz anlamır ki, bizdə problem ikibaşlıdır: Həm qiymət düşüb, həm də hasilat və ixrac azalır. Bu azalma təbiidir, yataqlar “qocalıb”. Energetika naziri deyir ki, biz OPEC-lə razılaşmaya əməl edəcəyik, hasilatı gündəlik 30 min barel azaldacağıq. Amma bizdə hasilat onsuz da azalır, sizin imkanınız olsa OPEC-i vecinizə almazdınız, maksimum hasilatı artırardınız. Dünya enerji bazarında söz sahibi “divlər” güya, bunu bilmirlər, anlamırlar?”

Alçina Amilqızı

Cebhe.info










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı