Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

Məcburi köçkünlərdən “Azərişıq”a etiraz: “Əlavə borc yazılıb” 



Ağdam və Bərdə rayonları ərazisində yerləşən düşərgələrdə yaşayan məcburi köçkünlər “Azərişıq” ASC-yə etiraz edirlər.

Bu barədə Cebhe.info-ya Bərdə rayonu ərazisində yerləşən qəsəbə sakinləri məlumat verib. 

Məlumata görə, sakinlərin etirazına səbəb “Azərişıq” tərəfindən borclandırılmalarıdır. Belə ki, onlar sayğaclarda 2016-ci il üçün nəzərdə tutulan limitlərindən qalıq qalsa da, “Azərişıq” tərəfindən həmin qalıqları nəzərə almadan vətəndaşlara əlavə borc yazıldığını iddia edirlər. 

Qeyd edək ki, hadisə dünən baş verib və tərəflər arasında mübahisə olub. Köçkünlər etirazlarını bildirmək üçün qurumun yerli idarəsinin binası qarşısına toplaşacaqlar.  

Elgün Gəncimsoy, Ağdam

Cebhe.info










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı