Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

Bu şəxs 47 qadını öldürüb - FOTO



Keçmiş milis əməkdaşı 47 qadını öldürməkdə iittham edilir.

Cebhe.info Rusiya mətbuatına istinadən bildirir ki, olay Anqarskda baş verib. Mixail Popkov adlı milis işçisi daha əvvəl 22 qadını öldürməkdə ittiham edilərək ömürlük həbsə məhkum olunub. Yeni ittiham aktında isə onun daha 25 qadını öldürdüyü yer alıb. Beləliklə, keçmiş milis əməkdaşının öldürdüyü qadınların sayı 47-yə çatıb. 

Müttəhim özü isə nə az-nə çox- 59 hadisə ilə bağlı etiraf edib. 

Qeyd edək ki, Popkov 2015-ci ildə 22 qadının öldürülməsinə görə mühakimə edilib və ömürlük həbs alıb. Daha sonra isə həbsxana yoldaşlarına daha 25 qadının öldürülməsi ilə bağlı “xatirələrini” danışıb və barəsində yeni ittiham aktı hazırlanıb. 

Milis işçisi qətlləri 1994 – 2000-ci illərdə törədib. Anqarskda o zamanlar bir-birinin ardınca üzərində zorakılıq əlamətləri olan qadın cəsədləri tapılırdı. Cinayət yerlərində “Niva” markalı maşının izlərinin tapılması qatilin üzə çıxarılmasına kömək edən əsas dəlil olub. 

Popkov 2012-ci ildə Vladivastokda saxlanılıb. Keçmiş milis əməkdaşı yüngül əxlaqlı qadınları öldürdüyünü deyərək özünü “təmziləyici” adlandırıb. 

Xəzər
Cebhe.info










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı