Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

"Qəbələ" daha bir futbolçu alacaq



Ötən gün təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yollanmalı olan "Qəbələ"nin səfəri sabaha planlaşdırılır. İstanbulda əlverişsiz hava şəraiti hökm sürdüyündən komanda sabah saat 11:00-da birbaşa Bakı-Antalya reysi ilə qardaş ölkəyə gedəcək.

Bu barədə Qol.az-a klubun baş meneceri Zaur Əzizov məlumat verib. O, Türkiyəyə səfərin ləngiməsinin komandanın hazırlıq planına müəyyən dərəcədə təsir etdiyini deyib:
"Komanda bu gün Bakıda məşq edəcək. Təbii ki, Antalyadakı hazırlığın səviyyəsi tam fərqlidir. Ancaq Türkiyəyə uçuşun ləngiməsi yoxlama oyunlarımıza təsir etməyəcək".

Klub rəsmisi "Qəbələ"nin transfer planlarından da danışıb: "Heyətimizə bir futbolçu cəlb etmək istəyirik. Çalışırıq ki, bir neçə mövqedə - yarımmüdafiə və hücum xəttində oynaya bilən futbolçu olsun. Komandadan kiminsə gedəcəyi isə hələlik gündəmdə deyil".

Cebhe.info










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı