Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

22 yaşlı qızı öldürən şəxsə 14 il həbs



Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vidadi Qarayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Cebhe.info xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Məhkəmənin hökmü ilə V. Qarayev 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin iyulunda Bakıda 1961-ci il təvəllüdlü V. Qarayev Tərtər rayon sakini olan tanışı, 1994-cü il təvəllüdlü Gülpəri Rasim qızı Aslanlını bıçaqla qətlə yetirib. O, tanışını qısqanclıq zəminində öldürdüyünü etiraf edib.

V. Qarayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq silah gəzdirmək) maddələri ilə ittiham olunub.

Cebhe.info

 










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı