Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

"Qarabağ"da yeni futbolçu



Antalyada qış təlim-məşq toplanışını davam etdirən "Qarabağ"ın  heyətinə yeni futbolçu qoşulub. 

Cebhe.info xəbər verir ki, Rusiyanın "Amkar" (Perm) klubunun  yetirməsi olan Rinat Hüseynov baxışa dəvət edilib. 

Yoxlama oyunlarında sınanıldıqdan sonra məşqçilər heyətinin rəyinə əsasən futbolçu haqda son qərar veriləcək. 20 yaşlı futbolçu mərkəz müdafiəçisidir. 189 sm boya malikdir. Hüseynov bu mövsüm "Amkar"ın gənclər komandasında 16 oyuna çıxıb və 2 qol vurub. 

Qeyd edək ki, Rinat Hüseynov 21 yaşlılardan ibarət milli komandamızın da üzvüdür.

Cebhe.info










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı