Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

Qarabağa növbəti həll yolu: “İslam NATO”su Azərbaycana nə verə bilərdi? 



Üzeyir Cəfərov: “Bu alyansa üzvlük Qarabağ münaqişəsinin həllinə təsir edəcək”

Azərbaycan İslam Hərbi Alyansına daxil olmaq barədə qərar qəbul edib.Qeyd edək ki, Azərbaycanla birlikdə bu təşkilatın üzvlərinin sayı 42-yə çatıb.İslam Hərbi Alyansının yaradılması təklifi ilk dəfə 2005-ci ildə Malayziyanın o vaxtkı baş naziri Mahatir Muhammad tərəfindən NATO-ya alternativ təşkilatın yaradılması məqsədilə verilib.təklif olunub. Lakin sonralar Yaxın Şərqdə vəziyyət və İŞİD-in fəaliyyəti ilə əlaqədar Səudiyyə Ərəbistanı bu təklifi praktik müstəviyə çıxarıb.

Azərbaycanın bu təşkilata qoşulması haqqında sualları hərbi ekspert Üzeyir Cəfərov “Cümhuriyət” qəzetinə müsaibəsində cavablandırıb.

-Üzeyir bəy, İslam Hərbi Alyansına qoşulmaq Azərbaycan üçün doğru qərardır?

-Hesab edirəm ki, bu Azərbaycanın son illərdə qəbul etdiyi ən doğru və düzgün qərarlardan biridir. Bu çoxdan baş verməliydi.Çünki baş verən son proseslər onu deməyə əsas verir ki, bizim çox böyük ümidlə baxdığımız beynəlxalq qurumlar, güc strukturları sadəcə olaraq vaxt keçirməklə məşğuldur.ABŞ-ın yeni prezidenti Donald Trampın diliylə desək, BMT yaxşı əyləncə yeridir. Bu təşkilatda təmsil olunan insanlar sadəcə vaxtlarını keçirir, heç bir iş görmürlər. Biz 20 ildən artıqdır ki, ATƏT-in Minsk Qrupuna ümidlər bəsləyiririk, ABŞ, Rusiya guya Ermənistana nəsə edəcək ümidilə yaşadıq ancaq onlar heç nə etmədilər. Nəhayət İslam dünyasının ağıllı başları belə bir qərar verdilər. Bu qərar bu gün verilməyib, 11 il bundan öncə verilən bir qərardır. Bu qərarın da verilməsi o, qədər də asan başa gəlməyib.2005-ci ildə belə bir təklif səsləndi ki, bu qurum NATO-ya alternativ olaraq yaradılsın.Amma bu təşkilat əsla NATO-ya alternativ deyil.Bu təşkilatın yaradılması hansı effekti verəcək, bu zaman məsələdir.

Yəqin ki, bu təşkilatın üzvləri 42 ölkəylə qalmayacaq, digər islam ölkələri də bu təşkilata qoşulacaq. Azərbaycan bundan öncə Qoşulmama Hərəkatına üzvlüyünü bəyan etmişdi.Çünki Azərbaycan hər zaman sülhun tərəfdarı olub.Amma Azərbaycanı torpaqlarının 20 ildən çoxdur işğaldan azad olunmaması aparılan siyasətinə korrektələr etməyə məcbur etdi.

“Ermənistan məcbur olacaq ki...”

-Bu Alyansa qoşulmaq Azərbaycana nə verəcək və Qarabağ münaqişəsinin həllində hansı rollu oynayacaq ?

-Hesab edirəm ki, Azərbaycanın İslam Hərbi Alyansına qoşulması ən azından ordunun döyüş qabiliyyətini daha da artırmasına təkan verəcək. Azərbaycan Ordusu bundan sonra NATO tərəfdaşlıq çərçivəsindən əlavə İslam Hərbi Alyansının tədbirlərində iştirak edəcək.Təkcə Müdafiə Nazirliyi deyil, digər güc strukturları da bu Alyansın keçirdiyi tədbirlərin aktiv iştirakçısı olacaq.Qarabağ məsələsinə gəldikdə isə tam əminliklə demək istəyirəm ki, Türkiyənin, Pakistanın və digər ölkələrin qətiyyəti, birliyi məcbur edəcək ki, Ermənistanla məsələ tez bir zamanda öz həllini tapsın.Biz açıq şəkildə görürük ki, Rusiya, Amerika, Fransa kimi ölkələr sözdə Azərbaycana dəstək olduqlarını desələr də praktikada Ermənistanı dəstəkləyiblər.

Ermənistanın işğalçı siyasətinə son qoymağa çalışmırlar.Ötən ilin sonlarında bizim əsgərimiz dünyasını dəyişib amma hələ də Ermənistan vəhşilik nümayiş etdirərək Çingiz Qurbanovun nəşini Azərbaycana qaytarmaq istəmir.Ümumiyyətlə, beynəlxalq qurumlar da özlərini kənarə çəkiblər və bu işdən sanki həzz alırmış kimi görünürlər.Onlar çox çalışırlar ki, Azərbaycan təxribata cəlb olunsun, Ermənistana qarşı cavab addımları atsın və bunlar da hərəkətə keçsinlər.Bir sözlə, hesab edirəm ki, İslam Hərbi Alyansı çox vacib qurumdur.Böyük ehtimalla gələcəkdə də NATO üzvü olan ölkələr və Türkiyənin özü də bu həmrəyliyə qoşulsunlar.Azərbaycanın bundan qazancı çox olacaq.Azərbaycanın o qurumda təmsil olunması ən azından gələcəkdə təhlükəsizliyini quruması üçün vacib şərtlərdən olacaq.Azərbaycana qarşı uzana biləcək əllərin qarşısını almaq üçün çox yaxşı şansdır.Azərbaycan da bundan maksimum istifadə etməlidir.

“NATO ilə əməkdaşlıq davam etdiriləcək”

-Azərbaycanın rəsmiləri hər zaman bəyan edirdilər ki, bizim məqsədimiz NATO-ya üzv olmaqdır. Amma bu gün fərqli qərarın şahidi olduq.Azərbaycan NATO əvəzinə İslam Hərbi Alyansını seçdi.Bu Azərbaycan üçün nəyi dəyişəcək?

-Azərbaycan müstəqil siyasət yürüdür və hansı beynəlxalq qurum, təşkilat haqq işində onun yanındadırsa, Azərbaycan həmin təşkilatla əməkdaşlıq etməyə hər zaman hazır olub. Azərbaycanın İslam Hərbi Alyansında olmaq o demək deyil ki, NATO ilə bütün əlaqələri kəsəcək.

NATO ilə də ikitərəfli və ya çoxtərəfli əməkdaşlıq davam etdiriləcək.Düşünmürəm ki, Azərbaycan bu qərardan sonra NATO ilə bütün əlaqələri kəssin.İstəsək də, istəməsək də NATO bu gün dünyanın ən böyk hərbi-siyasi təşkilatıdır.İslam Hərbi Alyansı da bir qurumdur, modeldir.Necə ki, Rusiyanın təşkil etdiyi KTMT var ancaq bu Rusiyanın digər ölkələrlə əməkdaşlığına təsir göstərmir.Azərbaycan da NATO ilə münasibətlərini normal şəkildə davam etdirəcək.Hansı təşkilatla əməkdaşlığımızı daha uğurlu alınacaqsa təbii ki, onunla əməkdaşlığımız daha da genişləndiriləcək.Hansı təşkilatla da alınmasa, yəqin orda islahatlara ehtiyac yaranacaq.

Vilayət Muxtar
Cebhe.info

P.S Qeyd edək ki, Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu xəbəri təkzib edib.Bildirib ki, Azərbaycanın xarici siyasətinin gündəliyində hələlik belə bir məsələ yoxdur.










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı