Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

BAKIDA bir ayda ikinci partlayış: Səngəçalda yanğın söndürüldü



Fövqəladə Hallar Nazirliyi  Qaradağ rayonu, Səngəçal qəsəbəsində magistral qaz kəmərində baş verən partlayışla bağlı açıqlama yayıb.

Cebhe.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qaradağ rayonu, Səngəçal qəsəbəsində diametri 1000 mm olan Səngəçal Baş Qurğuları - Qazıməmməd magistral qaz kəmərində partlayış baş verməsi barədə məlumat daxil olduğu bildirilib: "Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. SOCAR-ın mütəxəssisləri tərəfindən xəttə verilən qaz alternativ kəmərə keçirilib və xətt istismardan təcrid olunub. Təhlükəsizlik məqsədilə qəza aradan qaldırılana kimi yanğın bölmələri hadisə yerində növbə çəkiblər. Hadisə nəticəsində xəsarət alan olmayıb. Əməliyyat saat 00:58-də başa çatıb".

Qaz kəmərində partlayış ötən gün saat 20:45 radələrində baş verib.

Hadisənin səbəbləri araşdırlır. 

Cebhe.info










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı