Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

HÖKUMƏT ANLAYIR: “Manatın bundan artıq ucuzlaşması siyasi, sosial və iqtisadi təhlükədir”



“2016-cı ildə hökm sürən valyuta qıtlığı istər turizm, istərsə də digər biznes sahələri üçün ağır zərbə oldu. Əlavə olaraq, valyuta qıtlığı manata təzyiqi artırır, milli valyutaya etimadı sarsıdır. Bu baxımdan qısamüddətli dövrdə Mərkəzi Bankın Neft Fondundan 4 mlrd. dollardan çox dəstək alması hazırda çıxılmazlıqdan doğan mümkün variantlardan biridir”.

Cebhe.info xəbər verir ki, iqtisadçı ekspert Rövşən Ağayev belə deyib.

O hesab edir ki, hökumət manatın indki səviyyədən daha artıq ucuzlaşmasını istər siyasi, istərsə də sosial və iqtisadi baxımdan təhlükə olduğu qənaətindədir:

“Ən azından 2017-ci il manatın sabitliyi üçün bir zəmin var - fövqəladə daxili və xarici siyasi, həmçinin iqtisadi amillər nəzərə alınmasa... Şübhəsiz ki, strateji baxımdan ölkənin strateji valyuta ehtiyatlarının sürətlə itirilməsi baxımdan fəsadları olacaq. Üstəlik hazırki addım strateji olaraq o zaman iqtisadiyyat üçün faydalı olacaq ki, hökumət köklü bazar islahatları, idarəetmədə köklü dəyişikliklər etməyə hazırlığını nümayiş etdirəcək və vaxt itirmədən start verəcək. Əks halda biz 2017-ni zaman olaraq qazanacağıq, amma qarşıdakı illər bizim üçün daha böyük itkilər və sarsıntılar ola bilər.

Bir halda ki, makroiqtisadi sabitlik üçün böyük həcmdə ehtiyatların qurban verilməsi qərara alınıb, yaranmış stuasiyadan islahatlar üçün maksimum yararlanmaq lazımdır. Bu qərardan sonra məzənnənin necə olacağı ilə bağlı hansı qənaətə gəlmək olar? Yuxarıda da qeyd elədim manatın bundan sonrakı ucuzlaşması təhdidlər yaradır. Bundan artıq bahalanma isə fiskal baxımdan hökumətin maraqlarına cavb vermir. Bu baxımdan Mərkəzi Bank vasitəsilə valyuta dəstəkyi mexanizmi hazırda formalaşan məzənnə ətradında sabitləşməni hədəfə alıb...”

Alçina Amilqızı

Cebhe.info










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı