Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

Tarixdə bu gün: Müstəqilliyimiz tanınıb



Tarixdə bu gün-1920-ci ildə Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyi tanınıb. Bu gün 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin  müstəqilliyinin beynəlxaql birlik tərəfindən tanındığı gündür. Qeyd edək ki, Azərbaycan Demokratik Respublikası 27 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən bəyan edilmişdi. 

Azərbaycan hökuməti Paris Sülh Konfransında iştirak etmək üçün nümayəndə heyəti göndərmişdi.  Xalq Cümhuriyyəti hökumətinin Paris sülh konfransında iştirakı bu dövrün beynəlxalq münasibətlərində mühüm yer tutdu. Azərbaycanın xarici siyasətinin başlıca məqsədi ölkənin müstəqilliyinin gerçəkləşməsindən ibarət idi. Bu vəzifənin həyata keçirilməsi işinə ölkənin ən nüfuzlu şəxsləri cəlb olundu.

Nümayəndə heyətinin başçısı, parlamentin sədri, hüquqşünas Əlimərdan bəy Topçubaşov idi. Azərbaycan nümayəndə heyətinin müttəfiq dövlətlərin nümayəndələrinə Azərbaycanın müstəqilliyinin tanınması barədə cavabsız müraciətlər etdi. Nəhayət, 1920-ci il yanvarın 11-də Lord Kerzonun təklifi ilə Paris konfransının ali şurasında Azərbaycan və Gürcüstanın istiqlalını de-fakto tanımaq haqqında yekdilliklə qərar qəbul olundu. İstiqlalın tanınmasından 3 gün sonra bu tarixi xəbərin sədasını almış Azərbaycan bayram edirdi.

Yeganə
Cebhe.info










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı