Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

Türkiyə Başikadan çıxır



Türkiyə ordusu Başikadan çıxacaq.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İraqın Türkiyədəki səfiri Hişam Əli Əkbər İbrahim Ələvi söyləyib. Səfir ordunun Başikadan Mosul əməliyyatının bitməsindən sonra çıxacağını bildirib.

O, razılaşmanın iki ölkənin hökumət başçıları arasında əldə olunduğunu söyləyib.

Qeyd edək ki, bundan öncə İraq rəsmi televiziyası Türkiyə Baş naziri Yıldırımın İraqa səfəri zamanı türk əsgərlərinin Başikadan çıxacağı barədə razılıq əldə olunduğunu bildirsə də, bu, təsdiqini tapmamışdı. Binəli Yıldırım türk əsgərlərinin “terror bitənə qədər” İraqda qalacağını açıqlamışdı.

Cebhe.info










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı