Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

Rəfsəncaninin dəfnində qalmaqal: Azərbaycanlı siyasətçi alqışlandı, Dövlət Televiziyası çaşıb qaldı



İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin dünən keçirilən dəfn mərasimində gözlənilməyən olaylar yaşanıb.

Cebhe.info xəbər verir ki, dəfn mərasimində azərbaycanlı siyasətçi Mir Hüseyn Musəvi və mərasimə buraxılmayan sabiq prezident Xatəmi ilə bağlı şüarlar səsləndirilib.

Hazırda ev həbsində olan Mir Hüseyn Musəvinin azadlığa buraxılmaşına çağıran bir qrup dəfn mərasimində ortalığı qarışdırıb. Digər qrup isə Məhəmməd Xatəminin dəfn mərasiminə buraxılmamasına şüarlarla etiraz edib.

Dəfn mərasimindən canlı yayın edən Dövlət Televiziyasının çəkiliş qrupu bu gözlənilməz hərəkətlərə necə reaksiya göstərəcəyini bilməyib. Şüar səsləndirənlərin səsini batırmaq üçün plan musiqisinin səsi artırılsa da, o qədər effektli olmayıb.

Qeyd edək ki, sabiq prezident Məhəmməd Xatəmi ilə bağlı İran mətbuatına qadağa qoyulub. İslahatçı eks-prezidentin adını çəkmək yasaqlanıb.

Xəzər

Cebhe.info










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı