Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

Vahid Əhmədov: “Azərbaycanda 15-20 bank yaranmalı və aşağı faizlə kredit verməlidirlər”



“Bankların sağlamlaşdırılması, təmərkülzəşdirilməsi, şəffaflıq prinsipinin həyata keçirilməsi məsələsi dəfələrlə Milli Məclisdə müzakirə predmeti olub. Maliyyə bazarları bankların diaqnostikasını apararaq zəif bankları, onların problemlərini üzə çıxartdı. Nəticədə 12 bank bağlandı”.

Bu sözləri Cebhe.info-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib.

V. Əhmədov bankların sayının əhalinin sayına uyğun olub-olmamasının müzakirə predmeti olmadığını vurğulayıb. Maliyyə bazarında vəziyyəti tənzimləmək üçün bankların bağlanmasının tərəfdarı olmadıqlarını deyən millət vəkili təmərküzləşmə prosesinin daha effektli olduğunu düşünür: “Dünya təcrübəsində banklar əhaliyə müraciət edir, bizdə isə əksinədir. Bu gün bankların sayının əhalinin sayına adekvat olub-olmaması müzakirə predmeti deyil. Əsas məsələ onların fəaliyyəti ilə bağlıdır. Sistem, mexanizmin dəyişilməsinə ehtiyac var. Azərbaycanda 15-20 arasında bank yaranmalıdır ki, onlar iri kapitala sahib olsunlar, aşağı faizlə kreditlər verə bilsinlər. Bankların problemlərinin həlli məsələsi hər zaman gündəlikdədir”.

V.Əhmədov ölkə başçısının son çıxışından sitat gətirərək vurğulayıb ki, prezident İlham Əliyev də bank sektorunun builki fəaliyyətsizliyinə toxunub: “Bu il ölkəyə ən çox bank sektoru zərbə vurdu. Banklarda fəaliyyət normal gedərsə, hansısa rəqabətdən söhbət gedə bilər. Lakin indiki şəraitdə bundan söz açmaq olmaz”.

Nigar Məhərrəm

Cebhe.info










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı