Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

Nazir aprel döyüşçüləri ilə görüşüb 



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzində aprel döyüşləri zamanı yaralanmış və reabilitasiya xidmətləri ilə təmin edilmiş hərbiçilərimizlə görüş olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzində ötən ilin aprel ayında cəbhənin təmas xəttində Ermənistanın silahlı təxribatının qarşısının alınması zamanı yaralanmış və bu Mərkəzdə reabilitasiya xidmətləri ilə təmin olunan hərbiçilərimizlə görüşüb. Nazir S.Müslümov bildirib ki, prezidentin tapşırığı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aprel döyüşlərində qəhrəmancasına həlak olmuş hərbçilərin ailələri və bu döyüşlərdə əlil olmuş hərbçilərimizlə bağlı qanunvericilikdə nəzərdə tutulan qaydada sosial müdafiə tədbirlərini həyata keçirib.

Onlara müvafiq sosial təminat növlərinin, o cümlədən Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdlərinin, müavinət və ya əmək pensiyalarının, habelə uşaqları, eləcə də əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvləri üçün müavinətlər təyin edilib. Nazir həmin insanlar üçün əmək pensiyası, əmək münasibətləri, məşğulluq və s. sahələrdə bir sıra güzəşt və imtiyazların da müəyyən olunduğunu bildirib. 

Bununla yanaşı, aprel döyüşlərində yaralanmış hərbiçilərimizdən protez-ortopedik xidmətlərə ehtiyacı olan 15 nəfərə dayaq-hərəkət funksiyalarının bərpası üçün nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzində müvafiq xidmətlər göstərilib. Onlar ehtiyaclarına uyğun olaraq 2 ədəd əlil arabası, 10 ədəd aşağı ətraf protezi və daha 130 reabilitasiya vasitəsi (tutor, aşağı ətraf aparatları, bandaj, korset, ortopedik ayaqqabılar, dirsəkaltı və qoltuqaltı ağaclar, dördayaqlı dayaq vasitələri və s.) ilə təmin olunublar. Hazırda qeyd olunan hərbiçilərin bir qismi ilə işlər davam etdirilir.

Belə ki, onlardan bir nəfərin qabaqcıl Almaniya təcrübəsi əsasında hazırlanmış MYO protezlə (əzələdən ötürülən impulsla hərəkət etdirilə bilən protez vasitə) təmin edilməsi nəzərdə tutulur, digər bir hərbiçi isə protezləşməyə hazırlıq mərhələsindədir”. Mərkəzdə əlilliyi olan şəxslərin protez-ortopedik bərpa xidmətlərinin göstərilməsi şəraiti də nəzərdən keçirilib, burada ilk dəfə olaraq hazırlanmış MYO protez nümunəsi nümayiş etdirilib. 

Xatırladaq ki, Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən son bir ildə 15 296 nəfər əlilliyi olan şəxsə (o cümlədən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 1 723 nəfər şəxsə) protez-ortopedik bərpa xidmətləri göstərilib. Onlara ümumilikdə 32 764 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib. 

Nigar Məhərrəm 
Cebhe.info

 










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı