Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

Əjdaha: Bu əfsanəvi varlığın hələ də yaşadığına inananlar var



Əjdaha - yarasa qanadlı, tikanlı, nəhəng gövdəli, ağzından alov saçan, iri dişləri olan, mənbələrin əksəriyyətində mifoloji varlıqlar olaraq göstərilən əfsanəvi heyvandır.Demək olar ki, bütün dünya xalqlarının əfsanələrində adı çəkilən əjdahaların həqiqətdə mövcud olub-olmaması ayrı mövzudur.Çünki bir sıra arxeoloq əjdahaların milyon illər əvvəl yaşadıqlarına inanır. Dünyanın müxtəlif bölgələrindən qazıntılar zamanı aşkar olunan nəhəng sümük və skeletlər vaxtilə bu varlıqların yaşamalarını təsdiqlədiyinə inananların sayı da az deyil.

(Yazının əvvəlini buradan oxuyun)

“Bütün əfsanələrdə və mənbələrdə adları keçən və təsvirləri verilmiş əjdaha üçün ümumi çəki təyin etdim.Hesablamama görə, əgər bu mistik heyvan həqiqətən var idisə, o zaman çəkisi 9 ton idi.Məsələn, arı qanadlarının hər kvadrat santimetrində bədən ağırlığının 0.17 kiloqramını daşıyır. Yəni bir əjdaha 9 tonluq ağır bədənini havaya qaldıra bilməsi üçün ən az 180 m uzunluğunda qanadlara sahib olmalıdır. Əlbəttə bu, fiziki olaraq qeyri-mümkündür”.

Sümüklərini necə əridirdilər?

Dikinson əjdahanın daxili quruluşunun içinə hidro-xlorid turşusunun toplandığı kimyəvi reaktora oxşadı iddiasını irəli sürdü: “Bütün onurğalıların həzm sistemində xlorid turşusu var. Bu turşu sümükdə olan kalsiumla reaksiyaya girəndə oksigendən daha yüngül qaz olan hidrogenə çevrilir. Əjdaha sümükləri də özü-özünü beləcə yeniləyə bilərdi. Əjdaha yatanda bu proses dayanmırdı. Buna görə də müəyyən zaman ərzində hidrogeni çölə ifraz etməyə məcbur olurdu.Bunu həyata keçirməyin ən asan yolu isə onu yandırmaq idi.Bunu da kimyəvi yolla yandırmaqla həyata keçirmək mümkündür”. Dikinson iddia edir ki, əjdaha kimi nəhəng heyvanların uçması üçün uçuş vaxtı sümüklərinin bəzilərinin əriməsi lazımdır: “Bu, sistemli proses tələb edən məsələdir. Əjdahanın daxili quruluşunun müxtəlif kimyəvi maddələrlə zəngin olduğunu nəzərə alsaq, bu heyvan uçarkən öz sümüklərinin bəzilərini əridə bilirdi.Yalnız əjdaha öləndə bu, proses dayana bilərdi”.

Saqandan suallar

Dikinson öz nəzəriyyəsini yazmazdan əvvəl - 1968-ci ildə İrlandiya mətbuatında ilginc məqalə yayıldı.Məqalənin yazarı, araşdırmaçı F.W.Holiday Kont Klar bölgəsindəki su hövzəsində bir əjdahanın öldürüldüyünü yazırdı. Hadisə şahidi Holidaya demişdi: “Nəhəng canlı sürünə bilmirdi. Heç kəs yanına getməyə cəsarət etmirdi.Lakin nəhəng heyvan hamının gözləri qarşısında əriyib yox oldu”.

Amerikalı professor Karl Saqan “Cənnətin əjdahaları” adlı kitabında drakonların bizə nəhəng yırtıcılarla mübarizə aparan atalarımızdan yadigar qaldırlarını deyir. O, kitabında maraqlı suallar verir: “Tapılan ən gənc qalığın yaşı 60 milyon yaşdadır. Görəsən, Tirannosaurus Rekslə (dinozavr növü) qarşılamış insan vardı? Həmçinin ən qədim dövr olan Qritiç-Osda dinozavrlar yaşayırdı?”.

Növləri: Orta əsrlərdə xristian dünyasında rahiblərin simvollar üzərindən kitab yazmaları dəb idi. Həmin kitablarda əjdahalar fərqli formalarda təsvir olunurlar.Bu mənbələrə görə, hər heyvan bir simvoldur.Məsələn, əfsanəvi zümrüd quşu sonsuzluğu, panter İsa Məsihi, əjdaha isə Dəccalı ifadə edir.Lakin 1658-ci ildə yayımlanan “Historie of Serpents” adlı kitabın müəllifi Edvard Topsell əjdahanın varlığına inanırdı.Topsellin əjdahaya verdiyi tərif qəti və geniş izahlıydı.

İzahlarında əjdahaların müxtəlif növlərinin və formalarının olduğunu qeyd edir.Məsələn, ilanları əjdahaların nəslindən olduğunu iddia edir.Buqələmunu sürünən əjdaha növünə aid edirdi.“Hindistan və Frigya əjdahalarının böyük ağızları var. Buna görə ev və digər heyvanları asanlıqla uda bilirlər”.

Topsell Hindistan əjdahalarını iki qrupa bölür: bataqlıq və dağ əjdahaları. Bunların necə təyin olunmasını isə belə izah edirdi: “Çox güclü burunları var. Bir sıra yırtıcı balıqların burunlarını xatırladır. Qızılı rəngdə, qalın və sərt tüklü saqqalları var. Dağ əjdahalarının göz qapaqları bataqlıq əjdahalarınkından daha ağırdır.Onların görünüşü qorxulu və çirkindir.

Göz qapaqları enəndə səs çıxarır.Bataqlıq əjdahaları dənizdə balıq ovlaya bilirlər”.

Edvard Topsell əjdahaların müalicəvi əhəmiyyətlərindən də yazırdı: “Əjdaha yağı xora ağrıları üçün təbii dərmandır. Şəraba qoyulmuş dili qarabasma və kabuslardan qorunmağa kömək edir”.

Təkamül prosesi

Bəzi zooloqlar təkamül prosesiylə əjdahaların ilanlar, kərtənkələlər və timsahlara çevrildiklərini iddia edirlər.Bu 3 canlının fiziki olaraq, əjdahalarla ortaq xüsusiyyətləri çoxdur.Marko Polo Şərq ölkələrinə və Çinə etdiyi səyahətlərdə əldə etdiyi məlumatlar əsasında haqqında bəhs etdiyi qeyri-adi canlı (“Çin timsahı” adlandırır) bu zooloqlar üçün əsas istinad mənbəyidir.Polo bu canlını iri başının yaxınlığında iki ayağı olan, geniş ağızlı, böyük və iti dişləri olan bir varlıq olduğunu yazır. Bir sıra mənbələrdə isə Marko Polonun “Çin timsahı”nın qanadlarının olduğunu yazdığı da iddia olunur. Ehtimallara görə, boa və piton kimi nəhəng ilanlar əjdahaların xüsusiyyətlərinə sahibdirlər.Bu ilanlar 7.5 metrə qədər böyüyə bilirlər.Müxtəlif mənbələrdə də əjdahaların ilanlara oşxamaları haqqında çoxlu qeydlər var. Bu mənbələrə görə, əjdahalar yumurtlayaraq çoxalırdılar.

Draka və Varanus komodoensis

Hind-Malaya bölgəsində uçan kərtənkələlər Draka adlandırılır.Bunların şəbəkəli qanadları var. Boyları 15 sm-dir. Amma görünüşcə əjdahalara oxşayırlar.Lakin bölgədə yaşayan daha böyük kərtənkələ (Varanus komodoensis) var ki, bu, “Komodo əjdahası” adlandırılır.Uzunluğu 3.5 metrə qədərdir, bu, əjdahaya çox oxşayır.Yastı, çirkin başı var, ön ayaqları qısadır, gövdəsi uzundur və pulcuqlarla örtülüb.Şəbəkəli qanadları olsa da uça bilmirlər.Xüsusilə İndoneziyanın bir neçə adasında bu iki “əjdaha” növü geniş yayılıb.

Olmlar: Sloveniyanın Cənub-qərb bölgəsində yerləşən Postojna mağarasında yaşayan olmlar görünüşcə əjdahlara oxşayırlar. Olmlar 100 il yaşayırlar, amma 10 ildən bir yalnız iki dəfə yumurtlayırlar. Keçən il son tarixlərdə ilk dəfə olaraq, yumurtalardan bir neçəsi çatladı və kiçik “əjdaha” sürfələri göründülər. Bunun nadir və fenomen hadisə olmasının səbəbi var, çünki hər 500 olm yumurtasından yalnız ikisi çatlayır.Mağarada xüsusi qorunma altında olan 60 yumurtanın yalnız 24-ü çatladı, yalnız 4-dən sağlam olm çıxdı.Kiçik sürfəyə oxşar formalarıyla dünyaya gələn olmlardan hansılarının sağlam “əjdaha”ya çevriləcəyi gözlənilir.100 ilə yaxın yaşayan olmlar 35 sm uzunluğundadır.Gözləri görmür, lakin qidanı hissiyyatla tapıb yeyə bilirlər. Olmlar heç nə yemədən 10 il yaşaya bilirlər. Yetkinlik həddinə gəlmələri 15 il çəkir.  XVII əsrdə yaşamış sloven araşdırmaçı Yanez Vaykard Valvasor olmların təkamül prosesi keçmiş əjdahalar olduğunu yazırdı. Olmları əjdahalara ilk oxşadan adam da Valvasor idi. 

Aqnilər: İndoneziyada yaşayan aqnilər də elm adamlarını çaşdırdı. İndoneziyanın balta, insan ayağı dəyməmiş meşələrində yaşayan uçan nəhəng varlıqlar yerli xalq tərəfindən “aqnilər” adlandırılır.Sankrist bölgəsində yaşayan insanlar aqnilərin ağızlarından saçdıqları alovla əkin tarlalarını yandırdıqlarını deyirlər.İddialar üzərindən elm adamları meşəliyi nəzarətə alıblar və aqniləri araşdırmağa başlayıblar.Uçmağı bacaran bu sürünənlər əjdahaları xatırladan qırmızı, şəbəkəli qanadlara sahibdirlər.Araşdırmalarda bala aqnilərə, yaxud bu varlıqların yumurtalarına rast gəlinməyib.Elm adamları araşdırmalarını bu yöndən aparırlar, çünki aqnilərin necə və harada çoxaldıqları barədə heç bir fikir yoxdur. 65 milyon il əvvəl yaşamış dinozavrların qalıqları aşkar olunsa da əjdahlar barəsində minlərlə əfsanə uydurulmasına, yüzlərlə elmi sayılacaq kitablar yazılmasına baxmayaraq heç bir izlərinə rast gəlinməyib.

Mənsur Rəğbətoğlu
Cebhe.info










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı