Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

“Oğlu araq şirkətinin ortağı idi”: Rəfsəncani Qarabağ sirlərini özü ilə apardı



Cümşüd Nuriyev: “Onu öldürüblər…”

Bu günlərdə dünyasını dəyişən İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncani Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalında mühüm rolu olan siyasətçilərdən biri kimi yadda qaldı. Onun ermənipərəst fəaliyyəti daha çox Şuşa və Laçının işğalı ilə bağlıdır. 1992-ci ildə İran prezidenti H.Rəfsəncani may ayında Azərbaycanla Ermənistan arasında danışıqlarda vasitəçilik edib. Tehranda keçirilən danışıqlar başa çatdıqdan dərhal sonra, yəni, mayın 8-də Şuşa şəhəri, mayın 18-də isə Laçın rayonu Ermənistan tərəfindən işğal olundu. 

Həmin görüşdə birmənalı şəkildə Ermənistanın mövqeyini müdafiə edən İran rəhbərliyi Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədovu münaqişənin sülh yolu ilə həll olunacağına inandıra bilmişdi.Digər tərəfdən isə Ermənistan hücuma keçərək Şuşanı işğal etmişdi.

Laçın-Xankəndi yolunun üzərində əsas strateji məntəqə sayılan Şuşanın ermənilərin əlinə keçməsi Dağlıq Qarabağa dəhliz açmaq üçün Laçın rayonunun da işğalına yol açdı.

“Azərbaycana antipatiyası vardı”

Tehran danışıqları zamanı millət vəkili və Qarabağa Xalq Yardımı Komitəsi sədrinin birinci müavini olmuş Cümşüd Nuriyevin sözlərinə görə, Haşimi Rəfsəncani Azərbaycana qarşı antipatiyası ilə seçilirdi: “1992-ci il may ayının 5-də mən İraqdan qayıdanda Milli Məclisdə çıxış edərək dedim ki, Şuşa və Laçın bir həftə sonra işğal olunacaq. Çünki mən Səddam Hüseynin qəbulunda olanda kürd liderləri Cəlal Təlabani və Məsud Bərzani də orada iştirak edirdi.Məlumdur ki, Cəlal Təlabani 20 ilə yaxın İranın Kərəc şəhərinin yaxınlığında yaşayıb.İran ona sığınacaq vermişdi və Rəfsəncani ilə həddindən artıq yaxın münasibətlərə malik idi.Rəfsəncanini mən şəxsən tanıyırdım.1991-ci ildə Azərbaycanın deputatlarından ibarət nümayəndə heyəti Ziyad Səmədzadənin rəhbərliyi ilə İrana getmişdi.Mən də həmin heyətə daxil idim.Görüşdə Rəfsəncani Azərbaycan nümayəndə heyəti ilə bağlı qarşıdurma yaratdı.

Yəni, Rəfsəncaninin Azərbaycana qarşı antipatiyası var idi.Ona görə də mən 1992-ci ildə prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədovdan İrana getməməyi xahiş etdim.Hətta ona bildirdim ki, səndən əvvəl Ayaz Mütəllibov həmin səhvi buraxdı və Xocalı qırğını törədildi. 1991-ci il noyabrın 20-də helikopteri vuranlar da İran ərazisindən qaçmışdılar. İstintaq komissiyası da bu faktları araşdırıb.Yəni, Haşimi Rəfşəncani ermənilərlə həddindən artıq yaxın idi.Bundan başqa, İranda iki böyük şirkət var. Onlardan biri gön-dəri istehsalı ilə məşğul olan “Akopyan”, digəri isə kişmiş arağı istehsal edən “Mixitaryan” şirkətidir.Rəfsəncaninin həm oğlunun, həm kürəkəninin o şirkətlərdə ortaq payları var idi.İranda qızıl bazarlarında ermənilər böyük gücə malikdirlər.Rəfsəncani də həmin işlərdə iştirak edirdi.Azərbaycan kəşfiyyatı da bu barədə kifayət qədər məlumat toplamışdı.Şuşanın işğalında Rəfsəncaninin xidməti əvəzolunmazdır.Amma İran hələ də Azərbaycanın daxili işlərinə qarışmaqdan çəkinmir.Rəfsəncaninin ölümü də müəmmalıdır.Onun ölümü ilə bağlı İranda mitinqlər gündəmə gəlib.İndiyə qədər Rəfsəncaninin xəstə olmasına dair hər hansı informasiyanın olmaması qarşıdurma yaradır.Onu da qeyd edim ki, Haşimi Rəfsəncaninin yaxın qohumu da “SEPAH”ın komandanı olub.Bundan başqa, İranın “SAVAM”ı, “Əl-Qüdsi” kimi kəşfiyyat orqanları Rəfsəncaninin tabeliyində olub. Bu təşkilatlar dünyanın hər yerində istənilən an terror törədə bilir. Hətta İranın Azərbaycan əsilli sabiq baş naziri Lütfizadəni Almaniyada qətlə yetirdilər.14 min üzvü olan “Əl-Qüdsi” dünyada 100-ə yaxın terror aktı həyata keçirib.Ona görə də Rəfsəncaninin öldürülməsi ehtimalı yüksəkdir.Çünki onun oğlu da prezident olmaq istəyirdi.Rəfsəncani ölməklə bir çox sirrləri özü ilə apardı”.

“Fars şovinisti olaraq erməniləri sevirdi”

Cümşüd Nuriyev Haşimi Rəfsəncaninin ermənilərlə qohumluq əlaqələrinin olduğunu da deyir: “Rəfsəncani Azərbaycana qarşı kifayət qədər əzazil və cinayətkar mövqedə dayanmış adam idi. Rəfsəncanidə fars şovinizmi o qədər yüksək idi ki, İran ermənilərini daha çox sevirdi. Həmin dövrdə Ermənistana rəhbərlik edən və danışıqlarda iştirak etmiş Levon Ter-Petrosyan Suriya əsilli erməni olduğuna görə, ərəb dilini, islam qaydalarını yaxşı bilir. Ter-Petrosyan təmiz etnik ermənidir.Kimin soyadının qabağında “Ter” ifadəsi varsa, o təmiz ermənidir.Soyadında samitlər çox olan ermənilər isə “Mkrtç” kimi, qaraçı kökənlidir. Amma müsəlman adları olan ermənilər isə fars əsillidirlər. 

Yəni, Allahverdiyan, Babacanyan və sair. Onlar İrandan köçüblər.Ermənistanı saxlayan İran dövlətidir.Hazırda İranın Ermənistanda 300-dən çox şirkəti fəaliyyət göstərir.Ermənistanın ixrac potensialında İranın payı 50 faizdən çoxdur.Rəfsəncani bu və ya digər şəkildə ermənilərə bağlıdır. Hətta bir ara Rəfsəncaninin Ter-Petrosyanla qohumluq əlaqəsinin olması barədə məlumatlar yayıldı. Onların analarının bir nəsildən xalaqızı olduğu deyilirdi.Sonra bu məsələ unuduldu.Türkiyədəki müsəlman erməniləri müəyyən etmək asandır. Amma fars ermənilərini seçmək çətin olur. Buna baxmayaraq, qohumluğu istisna olunmur”.

Müşfiq Abdulla
Cebhe.info










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı