Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

Donald Tramp da Rusiyanı ittiham etdi: “ABŞ-a qarşı kiberhücum təşkil edir”



Amerikanın yeni seçilən prezidenti Donald Tramp Rusiyanı Amerikaya qarşı kiberhücumlarda ittiham edib.

Cebhe.info xəbər verir ki, Tramp bu gün keçirdiyi mətbuat konfransında bir sıra ölkələrin, o cümlədən Rusiyanın ABŞ-a qarşı kiberhücum apardığını deyib: “Haker hücumları bir sıra ölkələr, o cümlədən Rusiya həyata keçirir”.

Beləliklə də Tramp Rusiyanın seçkilərə müdaxiləsinə dair ABŞ-ın bir sıra qurumlarının birgə hesabatına münasibət bildirmiş olub. 

Bununla yanaşı yeni seçilən prezident  kəşfiyyat xidmətinə dair bəzi mətbuat orqanlarında yayılan məlumatları təkzib edib. 

Tramp bildirib ki, bəzi mətbuat orqanlarında Amerika kəşfiyyatının Nyu-Yorkda keçirdiyi xüsusi brifinqdə ona yaxınlaşaraq Rusiyanın əlində şəxsi maliyyə məsələlərinə dair məlumatların olması barədə xəbər vermələri haqda yazılanlar həqiqəti əks etdirmir. 

Xəzər
Cebhe.info










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı