Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

MHP başqanından sürpriz açıqlama: ERKƏN SEÇKİ



Türkiyə Böyük Millət Məclisində Konstitusiyaya dəyişikliyi səsverməsində parlamentdə baş verən qalmaqaldan sonra MHP başqanı Dövlət Baxçalı sürpriz açıqlama ilə çıxış edib. 

Cebhe.info xəbər verir ki, D.Baxçalı Konstitusiya dəyişikliyinin parlamentdə qəbul edilməyəcəyi təqdirdə erkən seçkinin gündəmə gələcəyini deyib. “Belə bir vəziyyət olarsa, Məclisin işləməsi üçün zəmin yaradılar və millətin iradəsi əsas götürülər”, deyə MHP sədri vurğulayıb. 

Parlamentdəki gərginliyin bütün Türkiyəni əhatə edə biləcəyindən narahatlığını ifadə edən MHP başqanı “Bu gərginlik davam etsə, nə baş verə biləcəyini yaxşı düşünmək lazımdır.

Gərginlik aradan qaldırılmalıdır. Təhqiredici cümlələrdən çəkinmək lazımdır. Daha önəmli maddələrin səsverməsi hələ qarşıdadır. Bu müddətdə daha diqqətli olmaq lazımdır”, - deyib.

Xəzər

Cebhe.info










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı