Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

Putinin deputatı bakılı “oğru”nun ad günündə: Görüntülər QALMAQAL yaratdı



Hakim “Vahid Rusiya” Partiyasından olan deputat və biznesmen Zəlimxan Mutsoyev bakılı “qanuni oğru”nun ad günündə iştirakı ilə bağlı yayılan məlumatlara etiraz edib.

Cebhe.info Rusiya mətbuatına istinadən bildirir ki, deputatın təmsilçiləri Rudik Bakinski kimi tanınan, qətlə yetirilən “oğru” Rudolf Oqanovun ad günü mərasimində masa arxasında deputatın oturduğunu göstərən videokadrların şəxsi hüquqlara müdaxilə kimi qiymətləndirib.

1997-ci ilin dekabrında çəkilən görüntülərdə deputatla yanaşı “oğru dünyası”nın tanınmış nümayəndələri Qivi Qordeladze, Mamuka və Camal Mikeladze qardaşları, Roman Cəfərov da oturub. Ad günü mərasiminin tamadası yumorist Karen Avanesyan olub.

Görüntülərdən də aydın olur ki, biznesmen ətrafdakı insanları yaxşı tanıyır və onlarla münasibəti var. Zəlimxan Mutsoyev təkcə biznesmen deyil. O, həm də bir neçə zavodun sahibidir. 2012-ci ildə o, “Forbes”in jurnalında 1,5 milyard dollarlıq sərvətlə 66-cı sırada qərarlaşıb. Mutsoyev ilk dəfə 1999-cu ildə deputat seçilib. 2005-ci ildə isə “Vahid Rusiya” Partiyasına daxil olub.

Qeyd edək ki, Rudik Bakinski Moskvadakı erməni məzarlığında dəfn edilib.

Cebhe.info










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı