Reklam yerləşdirmək üçün
012 596 19 32
1Reklam yerləşdirmək üçün
012 596 19 32

Pakistanlı cüdoçular Bakıya buraxılmadı - QADAĞA



Pakistan cüdoçuları bu il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına qatılmayacaq. 

Bu barədə "Report" məlumat yayıb. Pakistan Olimpiya Assosiasiyası (POA) cüdoçuları 200 nəfərlik nümayəndə heyəti tərkibinə daxil etməyib.

Buna POA ilə Pakistan Cüdo Federasiyası (PJF) arasında bir neçə məsələdə yaranmış fikir ayrılıqları səbəb olub. Assosiasiya PJF-nin ötənilki seçkidə qanuni tələbləri yerinə yetirmədiyini iddia edir. Hərçənd, Pakistan cüdo növündə medal şanslarına malikdir. Hazırda bu ölkə Asiyanın 22 islam dövləti arasında 9-cu, dünyanın islam dövlətləri arasında isə 12-cidir. İslam Həmrəyliyi Oyunları üçün təklif olunan 4 kişi və 4 qadın cüdoçu arasında 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında da çıxış etmiş Şah Hüseyn Şah (100 kq) da var.

Bununla belə, Pakistan hökuməti Bakıdakı Oyunlarda maksimal sayda idmançının iştirakını istəyir. Ölkənin atletika, basketbol, boks, həndbol, karate, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, tennis, voleybol, ağırlıqqaldırma, sərbəst və yunan-Roma güləşi, uşu ilə yanaşı, para-atletika və zorxana növlərində də təmsil olunacağı gözlənilir. Oyunlarda iştirak üçün 51 milyon Pakistan rupisi (təqribən 90 min manat) vəsait lazım olsa da, POA bu məbləğin cəmi 20 faizini ödəmək iqtidarındadır. Qalan vəsait üçün dövlətə müraciət olunub.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda keçiriləcək. 

Cebhe.info










© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı